Icma.az
close
up
RU
Əli Məsimli: “Azərbaycanda bələdiyyələrin faydalı iş əmsalı hələ arzuolunan səviyyəyə çatmayıb“

Əli Məsimli: “Azərbaycanda bələdiyyələrin faydalı iş əmsalı hələ arzuolunan səviyyəyə çatmayıb“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 14-də Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

Moderator.az Milli Məclisin deputatı Əli Məsimlinin həmin məruzə ətrafında müzakirələr zamanı çıxışının əsas məqamlarını təqdim edir:

   Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-ci il üzrə  məruzəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, onlara metodoloji yardım üzrə həyata keçirilən işlər,onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə görülən işlər, bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə olunması və digər istiqamətlərdə görülən işlər və  tədbirlər geniş şəkildə əks olunub.

     Məruzənin 9-cu səhifəsində bildirilir ki,son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar edilmiş və onların işləri aidiyyəti üzrə istintaq orqanlarına göndərilmişdir. Pozuntulara yol vermiş həmin 158 bələdiyyənin  51-i, yəni üçdə biri 2024-cü ilin payına düşür. Bu yöndə diqqətçəkən məqamlardan biri bundan ibarətdir ki, həmin çiddi qanun pozuntularının artımı son iki ildə bələdiyyələrə toplam 26661 tövsiyə verildiyi bir şəraitdə baş verib. Bu qədər zəruri tədbirlər görülməsinə baxmayaraq bələdiyyə torpaqlarıdan və maliyyəsindən istifadə və sair sahələrdə 2024-cü ildə pozuntuların sayının əvvəlki 4 illə müqayisədə 1,7-1,9 dəfə artmsının obyektiv və subyektiv səbəbləri dərindən araşdırılmalıdır.

    Bələdiyyələrin birləşdirilərək sayı 2,3 dəfə azaldırılaraq 1616-dan 685-ə endirildi. Bu ilin 29 yanvarında Azərbaycanda keçirilən bələdiyyə seçkilərində 685 bələdiyyəyə 8 mindən çox üzv seçildi. Yerli problemlərin həllinin sürətləndirilməsinə məqsədyönlü şəkildə yönəldilsə, bu kifayət qədər böyük qüvvədir.

Məruzədə deyilir ki, bələdiyyələrin birləşdrilməsi onların İTK-nın tətbiqinin genişləndirilməsi bələdiyyələrin idarəetmə keyfiyyətinin artırılmasına,vətəndaşlara daha yaxşı xidmt göstərmələrinə və resurslardan daha səmərəli istfadə edilməsinə şərait yaradacaq. Bələdiyyələrin birləşdirilərək sayının azaldılması çox vacib addımdır və Məruzədə sadalanan istiqamətlərdə müəyyən pozitiv  nəticələrə səbəb ola bilər. Amma təkcə bələdiyyələrin sayını azaltmaqla yerli özünüidarə sahəsində  yığılıb qalmış problemləri həll etmək mümükün deyil. Bələdiyyələrin birləşdirilərək sayının azaldılmasını təsirli strateji addıma çevirməkdən ötrü bu addımı idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik islahatların mühüm tərkib hissəsi kimi bir sıra zəruru tədbirlər kompleksi ilə tamamlamaq lazımdır:

  1.Son illər Naxçıvan,Şərqi Zəngızur və Qarabağ iqtisadi Rayonlarında Prezidentin səlahiyyətli nümayəndəlik institutu formalaşıb və fərqli idarəetmə modeli tətbiq edilir.Yəqin ki,müvafiq  institusional islahatlar kontekstində bu model tədricən digər iqtisadi rayonarda da tətbiq edilmyə başlayacaq.Bu zaman müəyyən boşluqlar  yaranmasın deyə gerçək bələdiyyəçilik formalaşdırılmalıdır.Dövlət yerli idarəetməni inkişaf etdirməklə yerli problemlərin həllinin sürətləndirilməsi sahəsindəki yükünü xeyli azalda bilər. Azərbaycanda əksər bələdiyyələrin faydalı iş əmsalı hələ arzu olunan səviyyəyə çatmasa da, inkişaf etmiş,eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki,işlək bələdiyyəçilik yerli problemlərin daha operativ və keyfiyyətlə həllinin ən uğurlu modelidir. Çünki bəşəriyyət hələlik bundan uğurlususunu düşünüb tapa bilməyib.

        2.Bələdiyyə institutunun əsas problemi bələdiyyələrin Konstitusiyamızla müəyyən olunan yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etmək kimi vəzifənin gerçəkləşməsinə yetərincə nail ola bilməməsindədir.Təbii ki, bunun obyektiv,subtektiv, institusional, kadr,maliyyə və sair xarakterli bir sıra səbəbləri var: 25 ildir ki, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş statusu ilə real statusu arasında qeyri-müəyyənlik aradan qaldırılmayıb. Bələdiyyələrin çoxu  qanunvericiliklə ona verilmiş hüquq və səlahiyyətlərdən yetərli səviyyədə istifadə edə bilmirlər.Əksər hallarda bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında gerçək münasibətlər,əslində, tabeçilik münasibətləri formasında özünü göstərir. Bu cür asılılıq şəraitində bələdiyyələrin fəaliyyətinin heç bir perspektivi yoxdur. Bələdiyyələrin yerli icra orqanlarından asılılıq məsələsi həll olunmasa, bundan 25 il sonra da onların səmərəli fəaliyyətindən danışmaq olmaz.Ona görə də bələdiyyələrin yerli icra orqanlarından asılılığının aradan qaldırılması və onlar arasında münüsibətlərin və səlahiyyət bölgüsünün optimallaşdırılmasının işlək mexanizmini hazırlayıb fikirdə,sözdə və əməldə sistemli şəkildə həyata keçirmək lazımdır.        

       3.Bələdiyyələrin fəaliyyətində ciddi bir dönüşə nail olmaqdan ötrü işlək reallaşdırma mexanizmi, maliyyə və kadr təminatı olan proqram xarakterli bir sənəd-islahatlar paketi  hazırlanıb sistemli və davamlı şəkildə həyata keçirilməlidir. 

        4.Bələdiyyə institutu hüquqi baza baxımından daha çox qanun və normativ aktlarala təmin olunmuş sahədir.Bələdiyyə fəaliyyətinə aid olan sayı 20-dən artıq olan bütün qanunlar və digər sənədlər yaçamağa başladığımız yeni mərhələnin tələbləri baxımından təftiş edilməli, sistemləşdirilməli və bu əsasda Bələdiyyə Məcəlləsi hazırlanıb qəbul edilməlisi işi sürətləndirilməlidir. 

   5.Bələdiyyələr, bələdiyyə mülkiyyətindən, xüsusilə də torpaqlardan səmərəli istifadə istiqamətində ciddi bir  dəyişikliyə nail ola bilmirlər və onların fəaliyyətində ən ciddi nöqsanlar məhz torpaq məsələri ilə bağlı olur.Bələdiyyə mülkiyyətindən istifadənin səmərəliliyini artırmaq üçün xüsusi bir tədbirlər paketi hazırlayıb həyata keçirmək,səmərəli fəaliyyət göstərə və gəlir gətirə bilən bələdiyyə müəssisə və obyektlərinin yaradılması işini genişləndirmək lazımdır. 

   6.Bələdiyyələrlə digər bir problemi maliyyənin azlığından qaynaqlanır.Keçən il bələdiyyələrin maliyyəsindəki artımları müsbət qiymətləniririk.Lakin MƏRUZƏDƏ göstərildiyi kimi, yerli büdcə gəlirlərinin  7 milyon manat,o cümlədən yerli vergilərdən daxilolmaların 3,4 milyon manat artamsı yetərli rəqəmlər  deyil.Bu rəqəmlər də,son illər bir qədər artsa da, dövlət büdcəsindən bələdiyylərə ayrılan 7,5 milyon manatlıq dotasiya da,1,5 milyon manatlıq subvensiya da simvolik məbləğlırdı.Belə maliyyə imkanları ilə yerli özünüidarənin qarşında duran vəzifələri dolğun və keyfiyyətlə həll etmək mümkün deyil. Bələdiyyələrin maliyyə imkanlarını yaxşılaşdırmaqdan ötrü dövlət maliyyəsi ilə yanaşı, çoxmənbəli maliyyələşdirmə mexanizmləri yaradılması   sisteminə keçid tezləşdirilməliidr. 

       7.Əhalinin  bizə etdiyi müraciətlərin çoxu işlə təminatla bağlıdır. Bu problemi takcə dövlət xətti ilə açılan iş yerləri hesabına həll etmək mümkün deyil. Məşğulluğun artırılmasında, kiçik və orta biznesin dəstəklənməsində bələdiyyələrin rolunun artırılması istiqamətində real nəticəsi görünən tədbirlər həyata keçirilməlidir.

   8. Məruzədə bildirilir ki,bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub.Şəhid ailələrinin və müharibə əlili və iştrakçilarının müraciətlərinin təmin olunmasında bələdiyyələrin rolunun əsaslı surətdə artırılması çox vacibdir.

 9.Gerçək bələdiyyəçilik yaratmaq istəyiriksə, dövlət yerli idarəetmənin ölkədaxili, həm də beynəlxalq kontekstdə qabaqcıl təcrübəsinin coğrafiyasının genişlənməsinə fikirdə, sözdə və işdə güclü dəstək verməlidir. Bir neçə şəhər, qəsəbə və kənd bələdiyyəsi timsalında PİLOT LAYİHƏLƏR həyata keçirib, normal şərait yaradıldıqda, bələdiyyələrin yerli problemlərin həllində nə dərəcədə səmərəli fəaliyyət göstərə bilmə imkanları araşdırılmalı və əldə edilən təcrübə yaxşı işləyən bələdiyyələrimizin təcrübəsi də nəzərə alınmaqla yayılmalıdır.

 Qeyd etdiymiz  tədbirlərin idarəetmənin təşkilatı strukturunun kadr islahatları ilə birlikdə təklimlləşdirilməsi islahatlarının tərkib hissəsi kimi kompleks və sistemli şəkildə həyata keçirilməsi yerli problemlərin həllində bələdiyyələrin  rolu artmasına,bu isə öz növbəsində  bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun tədricən yüksəldilməsində,onlara inamın,bələdiyyələrin əmlakından,torpaq və maliyyəsindən istifadənin səmərəliliynin artmasında və özünüidarəetmə sahəsində aşkarlığın, şəffaflığın, ictimai iştirakçılığın,hesabatlılığın güclınməsində və qanunçuluğun möhkəmləndirilməsində mühüm rol oynaya bilər.Amma bütün bunlara nail olmadan ötrü hələ xeyli iş görmək, bələdiyyə institutunu yaşamağa başladığımız yeni mərhələnin vəzifə və çağırışlarına uyğun olaraq  praktiki surətdə tamamailə yenidən qurmaq,onu statik bir sistemdən yerli problemlərin həllinə həssas və qadir çevik,dinamik bir sistemə çevirmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri