Icma.az
close
up
RU
Azərbaycanda öldürən DƏB

Azərbaycanda öldürən DƏB

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ötən il ərzində ölkədə 47 kosmetoloji mərkəzdə qanunsuz fəaliyyət aşkarlanıb. 

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, aşkar edilmiş nöqsanlar 35 lisenziya olmadan iş və fəaliyyət, dörd lisenziyadan kənar iş və fəaliyyət, altı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, bir sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma, bir lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar aşkarlanıb (protokol tərtib edilməyib). 

Bəs Azərbaycanda hazırda ən çox icra olunan kosmetoloji və estetik prosedurlar hansılardır? Kosmetoloji xidmətlərin təhlükəsizliyinin təmin olunması üçün Səhiyyə Nazirliyi tərəfindən görülən nəzarət tədbirləri nədən ibarətdir? 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Cebheinfo.az"-a bildirilib ki, hazırda Azərbaycanda dolğuların istifadəsi ilə, aparat kosmetologiyası, inyeksion proseduralar ən çox icra olunan kosmetoloji və estetik prosedurlardır: 

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Belə hallarda zərurət yarandıqda qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir. 

Yoxlamalar nəticəsində aşkar edilən qanun pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilir və növbəti icraat üçün Səhiyyə Nazirliyinə göndərilir". Analitik Ekspertiza Mərkəzi (AEM) vətəndaşlara kosmetoloji və tibbi xidmətlər zamanı diqqətli olmağı tövsiyə edir. 

Qurumdan bildirilib ki, aptek təşkilatlarında və digər tibb müəssisələrində qanunsuz fəaliyyət və ya şübhəli hallarla rastlaşan vətəndaşlar AEM-ə “Bir pəncərə” sektoru, (012) 596 07 12 nömrəli qaynar xətt, [email protected] elektron poçt ünvanı və www.pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır və zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir. 

"Cebheinfo.az" mövzu ilə bağlı bir neçə kosmetoloqla əlaqə saxlayıb. Mütəxəssislərin bildirdiyinə görə, hazırda ən çox müraciət olunan kosmetoloji prosedurlar botoks, pilinq və müxtəlif dolğu növləridir. 

Qeyd olunub ki, pilinq prosedurlarına marağın artması mövsümi amillərlə bağlıdır. Belə ki, qış aylarında günəş şüalarının intensivliyinin az olması səbəbindən pilinqlər daha çox tətbiq olunur. Hazırda biolar, müxtəlif dolğu növləri və saplarla üz gərmə prosedurları da geniş yayılıb. 

Qeyd edək ki, kosmetoloji və estetik əməliyyatlar heç də hər zaman təhlükəsiz hesab olunmur. Bu sahədə kifayət qədər uğursuz əməliyyat faktları var və onların nəticəsində sağlamlığını itirən, ciddi fəsadlarla üzləşən, hətta vəfat edən şəxslər az deyil. Son bir il ərzində də Azərbaycanda kosmetoloji prosedurlar və estetik əməliyyatlar zamanı ağır xəsarət alan, eləcə də həyatını itirən şəxslər olub. 

Belə ki, ötən ilin yanvar ayında burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova həyatını itirib. Bundan başqa, 16 avqust tarixində isə Bakıda 36 yaşlı qadın, psixoloq Nilufər Abdulla liposaksiya (bədənin müxtəlif nahiyələrindən piy toxumasının çıxarılması) əməliyyatından sonra vəfat edib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan dəb

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri