Azərbaycanda orta maaş 1288 manata çatacaq
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2027-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1288,3 manat olacağı proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bu göstərici Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda əksini tapıb.
Proqnoza əsasən, ölkə üzrə orta aylıq əməkhaqqının 8,7 faiz artacağı gözlənilir.
Bu göstərici gələn ilin gəlir vergisi daxilolmalarının hesablanmasında da nəzərə alınıb. Fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalarının 29 faiz artaraq 3 milyard 70 milyon manata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 1288,3 manat ölkə üzrə orta aylıq əməkhaqqı proqnozudur və hər bir işçinin maaşının bu məbləğə yüksəlməsi demək deyil.
Baxış sayı:95
Bu xəbər 04 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















