Azərbaycanda orta ömür 77 ili ötüb
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər saldıqda, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görmək mümkündür:
“Bununla yanaşı, digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, dünyada orta ömür uzunluğu son illərdə 73 ili ötüb. Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə o qeyd edib. /APA/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 10 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















