Icma.az
close
up
RU
Azərbaycanda ötən il cəmi bir meşə yanğını olub EKSKLÜZİV

Azərbaycanda ötən il cəmi bir meşə yanğını olub EKSKLÜZİV

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Azərbaycana yaxın regionlarda yerləşən ölkələrdə çoxlu sayda meşə yanğınlarına rast gəlinir. Qlobal istiləşmə və anomal hava şəraiti ilə yanaşı insan fəaliyyəti nəticəsində də meşələr yanır və nəticədə minlərlə hektar meşə sahəsi məhv olur. 


Azərbaycanda da meşələrdə yanğınlar qeydə alınır. Lakin ölkəmizdə bu sahələrdə olan yanğınlar digər ölkələrlə müqayisədə azdır. 

Sfera.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, 2024-cü ildə Azərbaycanda cəmi 1 meşə yanğını qeydə alınıb.

Bundan başqa, 2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə ümumilikdə 83 yanğın hadisəsi baş verib. Bu yanğınlardan 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib. 


FHN-nin məlumatına əasən, Azərbaycanda yanğınların sayı az olmaqla yanaşı onların genişlənməsinə dair faktlar da yoxdur. Bunun əsas səbəbi yağın baş verdikdən sonra ona vaxtında müdaxilə edilməsi və yanğın ərazisinin lokallaşdırılmasıdır. 

Son 10 ilin statistikası da göstərir ki, Azərbaycanda meşə yanğınları çox deyil. 


Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, 2015-ci ildə 3 yanğın, 2016-cı illərdə 2 yanğın hadisəsi qeydə alınıb. 
Ən çox yanğın 2022-ci ildə müşahidə edilib – 66 hadisə. Həmin ildə yanğınların əhatə etdiyi sahə də rekord həddə çatıb – 869,2 hektar.
Lakin növbəti ildə bu göstəricilər kəskin şəkildə azalıb. 2023-cü ildə 36 yanğın baş verib və cəmi 25,3 hektar sahə yanıb.

Yanğınların baş verdiyi ərazilərin xüsusiyyətləri də maraqlıdır. Məsələn, 2022-ci ildə dağlıq və dağətəyi sahələrdə 808,4 hektar, düzənlik sahələrdə isə 60,8 hektar ərazi yanıb. 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 9,6 və 15,7 hektara qədər azalıb.

Əlavə edək ki, Azərbaycanda meşə yanğınlarının az olmasının əsas səbəblərindən biri ölkəmizdə meşə sahəsinin kiçik olmasıdır. Hazırda ölkə ərazisinin cəmi 11-12 faizi meşəlik sahələrlə əhatə olunub. 

Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən görülən profilaktik tədbirlər, erkən xəbərdarlıq sistemlərinin tətbiqi, eləcə də əhalinin maarifləndirilməsi meşə yanğınlarının minimuma endirilməsində mühüm rol oynayır.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri