Icma.az
close
up
RU
“Start fitinə qədər bilmirdik ki, rəqib meydana çıxacaq, ya yox” “Xankəndi”nin baş məşqçisi “üsyan etdi”

“Start fitinə qədər bilmirdik ki, rəqib meydana çıxacaq, ya yox” “Xankəndi”nin baş məşqçisi “üsyan etdi”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün 2-ci liqada üç oyun keçirildi (bax: səh. 7). Dağılıb-dağılmaması sual altında olan, maaş, məşq üzünə həsrət “Şəki” Bakıda 1-ci liqaya can atan “Xankəndi”ni qəbul etdi.

Oyundan sonra hər iki komandanın baş məşqçisi ilə danışdıq, fikirlərini öyrəndik.
İbrahim Uzunca (Xankəndi):

“Belə oyunlara hazırlanmaq çətin olur. Səbəb də odu ki, bir həftə əvvəl “Şəki” əsas rəqibimiz “Qaradağ Lökbatan”la oyuna çıxmaqdan imtina etdi. Buna görə kimisə qınaya bilmərəm. Öz qərarlarıdı. Amma bunlar insanların beynində sual işarəsi buraxırlar. Komanda şəklində psixoloji cəhətdən hazırlaşa bilmədik. Dedik ki, maliyyə problemləri var, klub dağılacaq, son oyuna da çıxmayıblar... Məşqlərə çıxdıq, amma psixoloji köklənmək ayrıdı... Start fitinə qədər bilmirdik ki, rəqib meydana çıxacaq, oyun olacaq, ya yox. Qərar verə bilmirdilər. Oyuna yarım saat qalmış iclas etdilər, sonra da dedilər ki, meydana çıxırıq. Çox çətin oyun oldu. Müdafiəyə oturdular. Təsadüfən qol buraxdıq. Olmayanda olmur... Şükürlər olsun ki, sonda qələbə qazana bildik. Ümid edirəm ki, bir də belə hallarla qarşılaşmayacayıq. Bu qələbəni də bütün Xankəndiyə həsr edirik. Hər kəsin Yeni ilini təbrik edirəm. Uğurlu, düşərli olsun. Biz də fasilədən qayıdandan sonra “Qaradağ Lökbatan”a qarşı oynayacayıq. İnşallah, qələbə qazanacağıq. Tək hədəfimiz var, o da çempionluqdu. Bunu da bacaracağımıza inanıram, futbolçularıma güvənirəm”.

Elvin Həsənov (Şəki):

“Həmişəki vəziyyətdi. 50 gündü məşq etmirik, dörd həftədi məşqsiz oyunlara çıxırıq. Çempionluğa bir nömrəli iddialıya qarşı oynadıq. Heç bir taktikadan söhbət gedə bilməz. Vuruşduq, əlimizdən gələni etməyə çalışdıq. Rəhbərlik sağ olsun, gəldi, arxamızda dayandı. İkiaylıq maaşı verdilər. 2-ci dövrəyə yaxşı, iddialı başlayacayıq. Hədəfimiz ilk üç yerdən birini tutmaqdı. İbrahim Uzunca düz deyir, son ana qədər bilmirdik ki, oyun olacaq, ya yox. Uşaqların əllərinə-qollarına sağlıq. Adımıza-sanımıza layiq oynadıq. Bizim üçün də üzücü oldu. 90 dəqiqə tab gətirdik, əlavə vaxtda qol buraxdıq. Bu da normaldı. Rəqib komanda çempionluğa oynayır. Onlara da işlərində uğurlar. İnşallah, sonda istədikləri nəticəyə çatarlar”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Dekabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri