Icma.az
close
up
RU
Niyə yeməkdən sonra həmişə desert üçün yer qalır? İZAH

Niyə yeməkdən sonra həmişə desert üçün yer qalır? İZAH

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bristol Universitetinin anatom professoru Mişel Spir "The Conversation"a verdiyi müsahibədə “desert üçün boş yer” fenomenini açıqlayıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Mütəxəssis bildirib ki, yeməkdən sonra hətta dolu mədədə belə yüngül və şirin qida üçün yer qalmasının bir neçə səbəbi var.

Professorun sözlərinə görə, yumşaq və şirin qidalar demək olar ki, mexaniki həzm tələb etmir, ona görə də hətta doyurucu yeməkdən sonra belə mədə bu qidaları qəbul etməyə hazır olur. Bundan başqa, şəkər beyində mezolimbik dopamin sistemini aktivləşdirir, aclıq hissini müvəqqəti zəiflədir və yemək üçün motivasiyanı artırır.

“Yeməyə başlayanda mədə əzələləri rahatlayır və əlavə həcm üçün yer yaradır, beləliklə mədə təzyiqi əhəmiyyətli dərəcədə artmır”, — deyə Spir bildirib. O əlavə edib ki, ağır əsas yeməkdən sonra mədə şişə bilər, lakin dondurma və ya mus tort kimi yüngül desertlər demək olar ki, onu yükləmir.

Professor həmçinin qeyd edib ki, şirin qida hedonist aclığı artırır və mükafat sistemi ilə bağlıdır. Sensor-spesifik doyma mexanizmi də rol oynayır: yemək zamanı beyin dad və toxuma dəyişikliklərinə adaptasiya olur, eyni qida daha az maraqlı görünür, lakin desertlə fərqli dad və tekstura təqdim edilərkən mükafat sistemi yenidən aktivləşir.

Spir həmçinin əlavə edib ki, bağırsaq və beyin arasında doyma hissi yaradan hormon siqnalları dərhal işə düşmür. Xolecistokinin, qlükaqonopodob peptid-1 və peptid YY hormonlarının səviyyəsi tədricən yüksəlir və tam doyma hissi adətən 20–40 dəqiqədən sonra yaranır. Bu səbəbdən insanlar bəzən hormon səviyyəsi stabil olmadan desert yeməyə başlayırlar.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri