Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Kədərlə sevincin qovuşuğundakı Xocalı

Kədərlə sevincin qovuşuğundakı Xocalı

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xocalıya idi yolumuz. Sevinclə kədərin əkiz yaşadığı Xocalıya. Xocalı aeroportunun milis (polis) işçisi olmuş keçmiş döyüşçü, 26 fevral Xocalı soyqırımı gecəsi əhalinin bir hissəsinin Ağdama sağ-salamat gəlib çıxa bilməsində bilavasitə iştirak etmiş, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Füzuli Rüstəmovun uşaqlıq, döyüş dostu, sinif yoldaşı, qonşusu və nəhayət Füzulidən sonrakı düz bir qərinə – 33 illik zaman kəsiyində dostunun yoxluğu ilə barışa bilməyən Nazim Hüseynovla gedirik bu yolu.

Nazim həm də Xocalı faciəsinin səhərisi günü telereportyorlar Seyidağa Mövsümov və Çingiz Mustafayevlə ərazidən şəhid olmuş həmvətənlərimizin meyitlərinin çıxarılmasına könüllü getmiş üç nəfərdən biridir. Nazim canlı tarixdi mənim üçün. Onunla bizi ilk dəfə görüşdürən Mədəniyyət Nazirliyinin layihəsi əsasında Füzuli Rüstəmovun taleyindən bəhs edən “İgid ömrü” sənədli-povestimə müsahibliyi olub. Sonra Nazimlə Sabirabada – Xocalı özünümüdafiə batalyonunun komandiri olmuş, “Azərbaycan Bayrağı” ordenli mesxeti türkü, mərhum kapitan Sərvər Rəcəbovun da görüşünə getmişdim. Xatırlayıram ki, biz Sərvər Rəcəbovun həyatının sonuna bircə gün qalmış onunla görüşmüş, Xocalı hadisələri və Füzuli Rüstəmov haqqında ondan təfsilatlı məlumatlar ala bilmişdik. Nazim Xocalı, namus-qeyrət uğrunda vuruşmuş bu insanları unutmadığı kimi, mən də yüksək ləyaqət, qeyrət simvollu Nazimin bu özəlliklərini unuda bilmərəm təbii ki…

…Yolboyu –hələ Bərdənin, Tərtərin kəndlərini keçəndə düşünürəm ki, Xocalı qətliamından – 1992-ci ildən sonra dilimizdə “Xocalı” sözü sanki bir vahimə, qorxu və ermənilərin bizə əbədi düşmənçilik elementi kimi assosiasiya olunub. Hər bir vətənpərvər azərbaycanlının ürəyində bu sözü müləq qeyri-iradi olaraq həm ürpənti, həm də düşmənə nifrət dolu hisslər müşayiət edir. İstəsək də, istəməsək də. Amma bu anlamda artıq qorxu hisslərindən söhbət gedə bilməz. Sadəcə o müdhiş yaşantıların cızdığı arzuolunmaz pessimizmin nişanələrindən xilas ola bilməmişik… Bəlkə də zamanla unudular, arxa plana keçər bu hisslər. Amma qarışıq hisslərdən də qaça bilmirsən. Axı unutmaq da xoşbəxtlik deyil! Bunun fəsadlarını yaşamışıq…

…Bəs unutmamağın yolları? Əlbəttə ki, əbədi düşmənçilik arzulamadan. Xüsusilə bizim kimi sülhsevər bir xalq üçün. Əslində elə unutmamağın məhək daşına çevriləcək bir amalın daşıyıcısı xoş əmələ vəsilə olmaq üçün bu səfərə çıxmışıq. Füzuli Rüstəmovun toya hazırlaşarkən öz əlləri ilə inşa etdiyi, sonra ermənilərin üst mərtəbəsini söküb çox güman ki, özlərinə sığınacaq kimi istifadə etdiyi ikimərtəbəli evinin “Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun ev muzeyi”nə çevrilməsinə dəstək vermək üçün bura gəlmişik. Həm də anası dünyadan vaxtsız köçərkən xocalılara zamin kimi tapşırdığı, sonradan xocalıların da elə Zamin adıyla çağırdığı, sonucda anasının arzularını daha geniş spektrdə doğruldaraq bütün Azərbaycanın zamininə, qəhrəmanına çevrilmiş Füzulinin 25 dekabr 2025-ci il tarixində 60 yaşının onsuz tamam olması ərəfəsində…

Xocalı qətliamının coğrafiyası

…O zaman Nazimlə, Sərvərlə Xocalının durumu, Xocalı genosidi və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş döyüş dostları Füzuli Rüstəmov haqqında yalnız şifahi – o yerləri görə bilmədən danışmışdıq. İndi Uca Allahdan şəhidlərimizin ruhuna dualar oxuya-oxuya hər yoxuşunda-enişində, yarğanında, qayasında, meşəsində, kolluğunda şəhid ruhlarının dolaşdığı bu ərazilərə baxa-baxa gedirik Xocalıya doğru. Nazim əliyalın əhalini Ağdamın Şellisinə keçməyə macal verməyən erməni quldurlarının, BMP-nin dayanaraq onları gülləboran etdiyi yerləri ardıcıllıqla göstərir. Bir qədər kənardan baxdığımız bu yerlər özündə sanki həmin gecənin vahimə dolu çığırtılarını yaşadır. Tutqun, bir qədər dumanlı havanın haləsində bir əsrdə iki dəfə – 1905 və 1992-ci ildə erməni vəhşiliyinə şahidlik etmiş məşhur Qaraqaya isə uzaqdan elə qara divə bənzəyir. Bizim qəhrəmanımız Füzulinin də burada vurulduğunu deyir şahidlər. Artıq 4-cü dəfə Xocalıya qayıdıb insanları bələdçiliklə xilas edəndən sonra. Səhərə yaxın. İşıqlananda. Alaqaranlıqda. Bəlkə də azca tez Qaraqayanı keçsəymiş…

Dünyadan nakam köçən Füzulinin yarımçıq qalmış evini muzeyə çevirsək…

Tədbirdə çıxış edənlər Füzulinin xatirəsini anmaq, mənim səfər yoldaşım Nazim də daxil olmaqla yaxından tanıyanlar onun barəsində bilgiləri, gördüklərini özünün ayağı, əlləri dəymiş bu daş-divarın yanında ərazidən axıb keçən məşhur Qarqar çayında, Əsgəran, Dəhraz, Naxçıvanik istiqamətindəki meşələrdə, mərhum komandir Sərvərin də xüsusi xatırladığı Bozdağ döyüşündə və digər baş  verənləri dilə gətirdikcə qəhrəmanın gerçək portreti bir daha gözlərimiz önündə açılırdı. Bu evin təmir olunaraq Füzulinin ev-muzeyinə çevrilməsi üçün qəhrəmanın bacısı Fiqurə Rüstəmovanın dövlət qurumlarına müraciəti isə onun özü ilə bərabər bütün tədbir iştirakçılarını kövrəltdi. Bu evin dünyada heç bir varisi, övladı qalmayan Füzulini ziyarət edənlər üçün muzeyə çevriləcəyi günün artıq belə hüznlə deyil, alqışlar sədası altında gerçəkləşdirilməsini görmək ümidi ilə tədbiri başa çatdırdıq. Əlbəttə ki, ideya gözəl düşünülüb. Reallaşarsa onun övladsız qalmasını dərd edən doğmalarına da təsəlli olar, üstəlik Qarabağı, Xocalını ziyarət edən hər kəs üçün oğullarımızın qəhrəmanlıq nümunəsi kimi daim anılar. Gələcəkdə tam məskunlaşan xocalılar buranı özlərinin and yerinə, vətənpərvərlik ruhunun tərbiyəsi yolunda əvəzsiz vasitəyə çevirərlər. Bununla sağlığında ürəyi həmişə Xocalı və xocalıların yanında olmuş, lakin dünyasını dəyişəndə Xocalı işğalda olduğundan Tərtərin Hüsənli kəndində dəfn olunmuş Füzulinin ruhu da şad olar.

Dünyaya tanış erməni xislətinin Xocalıdakı izləri…

 …Erməni vandalları Füzulinin evinin qapıbir qonşuluğunda yerləşən Nazimin ata evinin də yuxarı mərtəbəsini söküblər. Nazimgilin evi o zaman təzə və ya yarımçıq tikili olmayıb, ikimərtəbəli, içərisi avadanlıqlarla, məişət əşyaları, yorğan-döşək, qab-qacaqla dolu 50-100 qonağı qəbul edib-yola salmaq gücündə bir yaşayış məskəni olub. Belə vəhşilikləri gördükcə bu erməni qövmünün ya xüsusilə torpaqlarımız, haqlarımız uğrunda döyüşmüş Azərbaycan oğullarından qisas almasını, ya da ümumiyyətlə normal tikililərə allergiya verərək onlarda yaşaya bilməməsi ilə izah etmək olar. Başqa bir səbəb də yəqin ki, bu torpaqlarda əbədi qalacaqlarına inanmamaqları imiş. Necə ki, bütün dünya sonuncunun real nəticəsinin şahidlərinə çevrildi. Hər bir halda yaşadıqları dövrdə insan kimi yaşamadıqları da göz önündədir…

Nazimlə Xocalı qəbristanlığına da baş çəkib onun anasının məzarını ziyarət etdik. Qəbristanlıqda sındırılmış baş daşları, başqa yerlərdə törədilənlərin təkrarı, oxşar mənzərə…

Gələcəyin Qarabağının işartısı Qarabağ Universitetində görünür

Növbəti ziyarət etdiyimiz məkan Xankəndi şəhəri oldu. Burada hələ ki, bir o qədər də qaynar, axar-baxarlı, gur şəhər həyatı nəzərə çarpmır. Yəqin bunlar zamanla öz yerini tutar. Gözəl gələcəyin qurulmasının rəmzinə çevrilmiş Qarabağ Universiteti isə əlbəttə ki, şəhərə gələnləri salamlayan ən mötəbər məkan, təhsil ocağıdır. Xankəndində təhsillənən azərbaycanlılarla Qarabağın gələcəyinin işığında hamınızı alnıaçıq, xoşbəxt, gülərüzlü görmək ümidi ilə

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist

Azpost.info    

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:473
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Dekabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri