Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “APA-Economics”-ə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq
10 Dekabr 2024 13:50

