Icma.az
close
up
RU
Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Sənədlə pambıq məhsulunun təhvil verilməsinin (alınmasının) təsdiq prosesi elektronlaşdırılır, "pambıq qəbulu sənədi" ləğv edilir.

Qanunla pambığın alqı-satqısının sənədləşdirilməsi qaydası Vergi Məcəlləsinin 71-1 (elektron qaimə-fakturaları) və 71-2-ci (malların alış aktı) maddələrinin tələblərinə uyğunlaşdırılıb. Belə ki, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan "pambıq qəbulu sənədi"nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.

Pambıq qəbulu qəbzi - üzərinə Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı, pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. Pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilən müqaviləyə əsasən həyata keçirilir və Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunan forma və rekvizitlərə uyğun ciddi hesabat blankı olan kağız daşıyıcılarda pambıq qəbulu qəbzi ilə sənədləşdirilir.

Həmçinin, məhsul subsidiyası ilə bağlı hər il fermerlər Maliyyə Nazirliyinin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilən müddətlərdə elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.

Subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günədək qəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da "Elektron kənd təsərrüfatı informasiya sistemi"ndə (EKTİS) ikili yanaşma və statistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlər EKTİS ilə Dövlət Vergi Xİdmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumat axınında gecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağız sənədlərlə aparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlama imkanı yoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsi riskini artırır.

Pambıq məhsulunun qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması həm prosesin elektronlaşmasına və asanlaşmasına mane olur, belə ki, vətəndaşlar qəbzi skan edərək EKTİS-ə daxil etməyə məcbur qalırlar.

Vergi Məcəlləsinə əsasən, malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılan "elektron qaimə-faktura" və ya "elektron alış aktı" altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə AVİS vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri