Icma.az
close
up
RU
Pambıq istehsalçılarına məhsulun qəbulu haqqında qəbz elektron formada veriləcək

Pambıq istehsalçılarına məhsulun qəbulu haqqında qəbz elektron formada veriləcək

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır. SİA xəbər verir ki, bununla bağlı “Pambıqçılıq haqqında” qanunda dəyişiklik olunması təklif edilir.

Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd edilib ki, pambığın qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması prosesin elektronlaşmasına və asanlaşmasına mane olur. Belə ki, vətəndaşlar qəbzi skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə məcbur olurlar.

Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.

Qanun layihəsi qəbul edilərsə, pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması mümkün olacaq.

Həmçinin sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri