Icma.az
close
up
RU
Azərbaycanda pensiya yaşı 70 ə qaldırılır? Deputatdan AÇIQLAMA

Azərbaycanda pensiya yaşı 70 ə qaldırılır? Deputatdan AÇIQLAMA

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldırılması ilə bağlı verdiyi açıqlama beynəlxalq miqyasda geniş müzakirələrə səbəb olub. Bu çağırış Azərbaycanda da narahatlıq doğurub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə “görəsən, bizdə də pensiya yaşı artırılacaqmı?” sualı tez-tez səslənir.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, ölkəmizdə pensiya yaşı hazırda optimal şəkildə müəyyən olunub və onun artırılmasına ehtiyac yoxdur:

“Düşünürəm ki, bu yaş məsələsini daha da artırmağa ehtiyac yoxdur. Çünki insanın ömrünün yarıdan çoxunu əmək fəaliyyəti ilə keçirməsi arzuolunan deyil. Doğrudur, bu gün dünyada dəyişən iqtisadi trendlər və sosial yük mexanizmləri yeni yanaşmaları zəruri edir. Lakin 65 yaşlı bir insanın istənilən sahədə səmərəli işləyə biləcəyini düşünmək reallıqdan uzaqdır”, - deyə o bildirib.

Deputat qeyd edib ki, insan ömrünün uzanması onun fiziki və zehni iş qabiliyyətinin eyni sürətlə davam edəcəyi anlamına gəlmir:

“Məsələn, 65 yaşlı bir şəxsin sərnişin avtobusu idarə etməsi nə dərəcədə təhlükəsiz olar? Təbii ki, bu sual üzərində ciddi düşünmək lazımdır. Həmçinin, bu yaşda olan insanların müasir iş mexanizmlərinə, texnoloji yeniliklərə uyğunlaşması da çox zaman çətinlik yaradır. Bu gün 60 yaşını keçmiş neçə nəfər kompüter bacarıqlarına tam yiyələnib və ondan peşəkar şəkildə istifadə edə bilir?”

Müşfiq Cəfərovun fikrincə, əgər pensiya yaşı artırılacaqsa belə, bu yalnız uzaq perspektivdə, yəni növbəti 15-20 ildə mümkündür:

“Hazırda 30-40 yaş aralığında olan şəxslər müasir çağırışlara daha uyğun gəlir, onlar texnoloji mühitdə böyüyüblər. Gələcəkdə bu nəsil 70 yaşa çatsa belə, müəyyən sahələrdə fəaliyyətlərini davam etdirə bilərlər. Lakin bu günün 60 yaşlı vətəndaşlarının 70 yaşa qədər işləməsini gözləmək qeyri-real görünür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri