Icma.az
close
up
RU
Azərbaycanda pensiyaçıların sayı azalır: 60 yaşa endirilə bilər

Azərbaycanda pensiyaçıların sayı azalır: 60 yaşa endirilə bilər

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda əmək pensiyaçılarının sayı son 7 ildə 216 657 nəfər azalıb. 

Belə ki, 2017-ci ildə 1 315 229 nəfər əmək pensiyaçısı olduğu halda, ötən il bu rəqəm 1 098 572 nəfər olub. Yəni, 2017- 2024-ci illərdə əmək pensiyaçılarının sayı 216 657 nəfər azalıb.

Sayın azalmasının əsas səbəbi nədir və azalma növbəti illərdə də davam edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, pensiyaçıların sayının azalmasının bir neçə səbəbi var:

“Bu səbəblərdən biri ondan ibarətdir ki, 2017-ci ildə qanun dəyişəndə yaş həddi 65-ə qaldırıldı.  Qadınların son yaş həddi də gələn il 65-ə qaldırılacaq. Hazırda kişilər 65 yaşdan tez pensiyaya çıxmırlar. Bu, əsas faktordur. Azərbaycanda orta ömür uzunluğu rəsmi olaraq 72 ildir. Yəni 65 yaşında pensiyaya çıxan vətəndaşın sığorta kapitalı 12 ilə bölünür. Bu isə o deməkdir ki, hökumət üzərinə vətəndaşa 12 il pensiya verəcəyinə dair öhdəlik götürür.

Orta ömür uzunluğu 72 ildirsə, hökumət pensiyanı bu 12 ildə hansı formada verə bilər? Problemin əsası buradadır. Orta ömür uzunluğu pensiya sisteminə görə 77 il olmalıdır. İndikindən 5 il daha çox olmalıdır ki, sistem daxil edilən göstəricilərlə normal işləyə bilsin”. 

Digər faktorlar ölkədə insan ölümünün cavanlaşması, xəstəliklərin genişlənməsidir:

“Eləcə də hər il minimum pensiya kapitalını artırırlar. Minimum pensiya kapitalının artması da pensiyaya çıxanların sayının azalmasına təsir edən amillərdəndir. Çünki minimum sığorta kapitalını yığa bilməyən pensiyaçı, yaş həddi 65-ə çatmış şəxslər yaşa görə müavinət alırlar. Bu da məsələyə təsir edən amillər sırasındadır”. 

Ekspertin sözlərinə görə, əgər sosial müdafiə siyasəti dəyişməyibsə, vətəndaşların pensiya yaşı azaldılmayıbsa, bu tendensiya davam edəcək:

“Eyni zamanda, xəstəliklərin inkişaf etməsi ilbəil artır. Bu gün hansı xəstəxanaya gedirsən, insanlarla doludur. Əhalinin əksəriyyəti müxtəlif xəstəlikdən əziyyət çəkir. Bu xəstəliklər səbəbindən də insanlar pensiya yaşına çatmamış dünyasını dəyişir. 

Bir faktoru da qeyd edim ki, bir neçə il öncə əlilliklə bağlı “ələmə prosesi” həyata keçirildi. Bu zaman saxta pensiyaçılarla yanaşı, bir çox həqiqi pensiyaçıların da pensiyası kəsildi. Onların böyük əksəriyyəti əmək pensiyaçısı idi. Yaş həddi çatmasına baxmayaraq, kimin pensiya kapitalı imkan verirdisə, əmək pensiyaçısı kimi pensiyaya çıxarırdılar. Beləliklə, “pensiyaçıların ələnməsi dövrü” pensiyaçıların sayının azalmasına təsir etdi”.

 Ekspert onu da qeyd etdi ki, hazırda pensiya yaşı ilə bağlı hökumət tərəfindən bir sıra düşüncələr var:

“Məsələn, alternativ pensiya fondunun yaradılması nəzərdə tutulur. Həmin layihədə belə bir məqam var ki, kim alternativ pensiya fondunu seçərsə, ona 60 yaşında pensiyaya çıxmaq imkanı yaradılacaq. Yəni geriyə addım atmaq fikrində deyillər, ancaq müxtəlif yollar açmaq istəyirlər. Özəl Pensiya Fondu isə Azərbaycan iqtisadiyyatına uyğun deyil.

Təminatı zəif olduğuna görə də stimullaşdırırlar ki, pensiyaçılar o fondları seçsin. Hər halda hökumət özü də başa düşür ki, 65 yaş vətəndaş üçün əlçatmazdır. Hər il bu istiqamətdə dair seqmentli qərarlar qəbul edirlər. Göstərmək istəyirlər ki, onlar da yaş həddini azaltmaq istəyir. Bu elə də ciddi problem deyil. 2017-ci ildə pensiya yaşını 65 edilibsə, indi də əksinə, 60 yaş etmək olar. Əslində bunun altında hökumətin xərclərə qənaət etməsi dayanır. Burada başqa məqam yoxdur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Pensiya qəfil ölüm yaş azaldılır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri