Icma.az
close
up
RU
Azərbaycanda piylənmədən ən çox qadınlar əziyyət çəkir

Azərbaycanda piylənmədən ən çox qadınlar əziyyət çəkir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrün ən aktual xəstəliklərindən biri də piylənmədir. 

 Bakıvaxtı.az xəbər verir ki, bu gün dünyada piylənmədən əziyyət çəkən insanların sayı bir milyarddan çoxdur və hər il təxminən üç milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir.

Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Lalə Məmmədova da “Kaspi”yə açıqlamasında təsdiqləyib ki, son vaxtlar piylənmə problemi ilə bağlı Mərkəzə müraciət edənlərin sayı artıb.

Həkim bildirir ki, artıq çəki ilə bağlı ölkəmizdə də ciddi problemlər var:

“Bu gün biz metabolik sindromla ciddi şəkildə mübarizə aparırıq. Bu, müasir dövrün geniş yayılan və ciddi sağlamlıq problemidir. Bu sindrom bir sıra metabolik pozğunluqların bir araya gəlməsi ilə xarakterizə olunur və ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiqə yol açır. Bu sindiromun ən önəmli səbəbi piylənmədir. Yəni biz tək piylənmə ilə mübarizə aparmaqla diabet, yüksək təzyiqi və ürək damar xəstəliklərinin də qarşısını almış oluruq. Metabolik sindromdan qorunmaq üçün erkən müdaxilə və düzgün həyat tərzi vacibdir. Bu səbəbdən də piylənməyə erkən yaşda müdaxilə çox mühümdür”.

Həkim deyir ki, artıq çəki probleminin ilkin mərhələsi uşaq yaşlarından başlayır. Ana və nənələrin uşağı daha çox yedizdirməsi, kök uşağın gələcəkdə daha güclü ola biləcəyi düşüncəsi piylənməyə qapı açır: “Son bir neçə ildə artıq çəkili uşaqlarla daha çox rastlaşırıq. Məsələn, bir sinifdə 20-30 şagirddən 4-5-i artıq çəkili olur. O uşaqlarla danışıb, araşdıranda görürük ki, ailədə zob, şəkər, təzyiq xəstəliyi var. Belə davam edərsə, bu uşaqlar da o xəstəliklərlə mübarizə aparmalı olacaq. Ona görə də, piylənməni uşaq vaxtından aşkarlamaq, üstünə düşmək gələcəkdəki sağlamlıq problemlərinin qarşısını alır. Sağlam qidalanma bu məsələdə çox vacibdir”.

O qeyd edib ki, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir: “Qadınlarımız kişilərdən daha çox artıq çəki, şəkər, təzyiqdən əziyyət çəkirlər. Bu, qadınların orqanizmi ilə bağlıdır”. 

Həkim deyir ki, artıq çəkinin qarşısını almaq üçün sağlam qidalanmaq və hər gün yürüş etmək lazımdır: "Ən vacib nüans yeməyin porsiyasının azlığıdır. Çox yemək insan orqanizmində ciddi fəsadlar yaradır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri