Icma.az
close
up
RU
Azərbaycanda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur ARAŞDIRMA

Azərbaycanda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur ARAŞDIRMA

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Klinik protokol - müntəzəm yenilənən, hər hansı bir xəstəlik, sindrom, klinik situasiya zamanı tibbi xidmət üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət sənəddir.

Tibb elmi inkişafı ilə əlaqədar xəstəliyin müayinəsi, müalicəsi ilə bağlı yeni bir məlumat tapılır, klinik protokol yenilənir, bu məlumatlar protokola daxil edilir. Klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Sözügedən protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

Klinik protokolda tək müalicə ilə bağlı ən yeni metodlar haqqında məlumat deyil, eyni zamanda, xəstəliklərin təsnifatı, diaqnostikası, profilaktika, reabilitasiya ilə bağlı ən son məlumatlar yerləşdirilir.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Səhiyyə Nazirliyi bir sıra ixtisas sahələri üzrə klinik protokollar hazırlayır.

Protokollar ən azı beş ildən bir yenilənməlidir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Tibbi Keyfiyyət Standartları şöbəsinin müdiri Billurə Yusifova deyir ki, protokollar ən azı beş ildən bir yenilənməlidir, hətta bəzi protokollar üç ildən bir yenilənir.

Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.

Klinik protokolların tərtib olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2021-ci il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş "Klinik protokolların yenilənməsi" protokolların yenilənməsi və yeni protokolların tərtibi həyata keçirilir.

Billurə Yusifova qeyd edib ki, klinik protokolların tətbiqi 2008-ci ildən İSİM-ə həvalə edilib:

“2008-ci ildən 2015-ci ilə qədər İSİM tərəfindən 91 klinik protokol tərtib edilib. Bunlardan 66-sı yenilənib, 5 yeni klinik protokol tərtib olunub.

Klinik protokollar bir qayda olaraq Səhiyyə Nazirliyinin Elmi-tibbi Şurası tərəfindən təsdiq olunur. İSİM təsdiqlənmiş protokolları çap edir və tibb müəssisələrinə təqdim olunur. Eləcə də, protokolların elektron versiyası İSİM-in saytına yerləşdirilir.

Klinik protokolun tərtibi üçün işçi qrupu yaradılır. İşçi qrupuna protokolu tərtib edilən xəstəlik üzrə mütəxəssislər - tibb müəssisələrində çalışan mütəxəssis həkimlər, kafedrada çalışan professorlar və İSİM-in həkim-metodistləri cəlb olunur.

Şöbə müdirinin sözlərinə görə, klinik protokolların tərtibində inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınır.

Hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur

Billurə Yusifova bildirir ki, hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur: “Hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur. Bütün sahələr üzrə klinik protokol hazırlamaq üçün vaxt lazımdır.

Klinik protokolun hazırlanması üçün ən azı altı ay vaxt tələb olunur. Məlumatların seçilib toplanması, bizim səhiyyəyə uyğunlaşdırılması, Azərbaycan dilində tərtib edilməsi vaxt aparan prosesdir. Bunun üçün azı altı ay tələb olunur. Həm də xəstəlikdən asılı olaraq bu proses bir ilə qədər uzana bilir”.

Hüquqşünas Şamil Paşayev isə deyir ki, klinik protokollar tövsiyə xarakteri daşıyır, bunlar məcburi qaydalar deyil: “Həkim hər hansısa protokoldan kənara çıxa bilər, lakin bunu etmək üçün əsas və səbəb olmalıdır. Həkimin protokoldan kənara çıxması və şəxsə zərər vurubsa, belə olan halda həkim səhlənkar və ya ehtiyatsız hərəkət etmiş sayıla bilər. Nəzərə almaqda fayda var ki, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının əmri ilə təsdiq edilmiş klinik protokolları əsas da saya bilər. Hətta bu, ekspert rəyindən də üstün hesab edə bilər. Çünki sübutlara dair məhkəmə qərar verir”.

Hüquqşünas əlavə edir ki. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən vətəndaşlara dəyən zərər “qanunvericiliyə əsasən” ödənilməlidir: “Mülki Məcəlləyə əsasən əgər bir şəxs digərinə “hüquqa zidd” və təqsirli hərəkətləri nəticəsində zərər vurursa, zərər vuran bunun əvəzini ödəməlidir. Burda protokoldan kənara çıxmanı əsas gətirmək mümkündür. Bir də nəzərə almaq lazımdır, həkim protokoldan qəsdən xəstəyə zərər vurmaq üçünmü çıxır, ya ehtiyatsızlıqdan? Və ya xəstəni xilas etmək üçün başqa yol axtarır? Niyyəti dəqiq müəyyən etdikdən sonra səbəb-nəticə əlaqəsinə əsasən qərar verilir”.

TƏBİB-dən sorğumuz cavab olaraq bildirilib ki, milli klinik protokollar SN tərəfindən hazırlanır və hazırda yalnız 55 sayda milli klinik prtokol qüvvədədir.

O da qeyd edilib ki, tabeli müəssisələrdə tibbi xidmətin milli klinik protokollara uyğun təşkili və icrasına nəzarət məqsədilə 2023-cü ildə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və klinik protokolların tətbiqi şöbəsi yaradılıb. Şöbə fəaliyyətini TƏBİB-in İcraçı direktoru tərəfindən təsdiqlənmiş "Klinik protokollar üzrə metodik təlimat" əsasında qurur:

“Ümumilikdə tabeli müəssisələrdən dövrü hesabatlar almaqla müvafiq qaydada analiz edilməsi və nəticəyə uyğun preventiv tədbirlərin icrası və tibbi sənədlərin yerində birbaşa yoxlanılması təmin edilir. Təlimatın tələbinə uyğun olaraq tabeli müəssisələrdə klinik protokolların icrasına nəzarət həmin müəssisələrdə yaradılmış Tibbi Şuralar vasitəsi ilə icra olunur.

Əlavə olaraq bildirmək istəyirik ki, tibbi xidmətin təşkilinin keyfiyyətinin yüksəldilməsi məqsədilə TƏBİB nəzdində müxtəlif sahələr üzrə işçi qruplar və komissiyalar fəaliyyət göstərir”.

Bəs özəl tibb müəssisələrində klinik protokollardan kənara çıxma halları necə müəyyənləşdirilir? Buna nəzarət mexanizmi necədir?

Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, vətəndaşlardan, mediadan və müvafiq dövlət orqanlarında şikayətlər daxil olduqda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəz tərəfindən plandankənar yoxlamalar keçirilir.

“Bu zaman klinikanın lisenziyası, həkimin sertifikatı və digər sənədlərin uyğunluğu yoxlanılır. Əgər səhv müalicə – klinik protokollardan çıxma faktından söhbət gedirsə, o zaman biz şikayətçiyə Məhkəmə-tibbi ekspertizasına müraciət etməyi məsləhət görürük. Yalnız Məhkəmə-tibbi ekspertizasının mütəxəssisləri tərəfindən müalicənin hansı protokollarla və necə aparılmasına rəy verilə bilər”.

Plastik cərrahiyyə ilə bağlı klinik protokolların hazırlanması üçün İSİM-ə tapşırıq verilibmi? Proses nə vaxt başlayacaq və təxmini nə vaxta klinik protokolun hazırlanması nəzərdə tutulub?

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir:

“Hazırda plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir.

Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri