Icma.az
close
up
RU
Azərbaycanda qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı

Azərbaycanda qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Kəmalə (adlar şərtidir) həmkəndlisi Fəridlə sevgi münasibətində olub.

Bir müddət sonra Fərid ailəsinin təkidi ilə başqa bir qadınla evlənib və bu səbəbdən Kəmalə ilə münasibətlərinə son qoyub. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.

Kəmalə Fərid və onun yaxınlarından qisas almaq qərarına gəlib. Bu məqsədlə o, ötən il sentyabrın 29-da günorta saatlarında kənd qəbiristanlığına gedərək Fəridin mərhum atası Mirzənin qəbirdaşına üzərində təhqiredici ifadələr yazılmış karton plakat asıb.

Bununla kifayətlənməyən qadın qəbirdaşına zərər verib, onu qismən dağıdıb və mərmərdən hazırlanmış gülqabını sındırıb.

Faktla bağlı Kəmalə barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (qəbir üzərində təhqiredici hərəkətlər) ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fəridi 2018-ci ildən tanıyır və onların münasibətləri 2025-ci ilin iyun ayına qədər davam edib. Onun sözlərinə görə, Fərid 2024-cü ilin fevralında ailə həyatı qursa da, onunla əlaqəni tam kəsməyib.

Kəmalə qeyd edib ki, sonradan Fəridin həyat yoldaşı Günel və anası Sona tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalıb:

"Bu barədə dəfələrlə Fəridə məlumat vermişəm", - deyə o bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin mart ayında Fəridin atası vəfat edib. İyun ayının 29-da isə Sona və Günel onu yenidən təhqir ediblər. Kəmalə bildirib ki, bu hadisədən sonra Fəridə zəng edərək polisə müraciət edəcəyini deyib, lakin Fərid onu bundan çəkindirməyə çalışıb.

Kəmalə əlavə edib ki, təhqirlər ona ciddi təsir etdiyi üçün karton üzərində nalayiq ifadələr yazaraq qəbiristanlığa gedib:
"Plakatı qəbirdaşına asdım. Daha sonra gülqabını itələdim və sındı. Sonra evə qayıtdım. Daha sonra öyrəndim ki, Fəridin anası mənimlə bağlı polisə müraciət edib".

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib və zərərçəkmişlə barışmağa çalışsa da, buna nail ola bilmədiyini qeyd edib.

Zərərçəkmiş qismində tanınan Sona ifadəsində bildirib ki, Kəmalə ilə eyni kənddə yaşayır və aralarında əvvəlcədən ciddi düşmənçilik olmayıb. Onun sözlərinə görə, oğlu Fəridlə Kəmalənin münasibəti 2024-cü ilin fevralında sona çatıb.

Sona qeyd edib ki, həyat yoldaşı 2025-ci ilin mart ayının 15-də vəfat edib və qısa müddət sonra qəbir üzərində başdaşı qoyulub. Daha sonra qəbir ətrafında baş verən dəyişikliklər səbəbi ilə əraziyə müşahidə kamerası quraşdırılıb.

Onun sözlərinə görə, iyunun 29-da kameradan baxarkən Kəmalənin qəbirdaşına təhqiredici plakat asdığını və iki ədəd gülqabını sındırdığını görüb. Bundan sonra polisə müraciət edib.

Zərərçəkmiş şəxs 2 000 manat maddi, 3 000 manat isə mənəvi zərərin ödənilməsini tələb edib.

Şahid qismində ifadə verən Elmira bildirib ki, bacısı Kəmalə 2018-ci ildə Fəridlə tanış olub və münasibətləri barədə ailə üzvlərinə məlumat verib.

Cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Kəmalə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

Bundan əlavə, məhkəmə zərərçəkmişin mülki iddiasını qismən təmin edib. Təqsirləndirilən şəxsdən 80 manat maddi ziyan, 400 manat vəkil xərci, 35 manat dövlət rüsumu və 500 manat mənəvi zərər olmaqla, ümumilikdə 1 015 manat məbləğində vəsaitin ödənilməsi qərara alınıb.

Mülki iddianın qalan hissəsi təmin edilməyib. (Teleqraf)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri