Azərbaycanda qadın Kurtlar vadisinə görə boşanmaq istədi
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Azərbaycanda həyat yoldaşından boşanmaq istəyən qadının şikayəti müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, bu barədə adını gizlədən qadın sosial şəbəkələrdə paylaşım edib.
O bildirib ki, buna səbəb isə həyat yoldaşının illərdir eyni seriala baxmasıdır:
"Bəlkə də ciddi qəbul etməyənlər ola bilər. 18 ildir ailə qurmuşuq. İlk illərdən başlayaraq yoldaşım "Kurtlar Vadisi Pusu"ya baxır. 18 il keçməsinə baxmayaraq yenə də o, kinoya baxmaqda davam edir. Dəfələrlə mübahisə etmişik. Deyirəm, bəsdir, səsi beynimə düşür, amma əhəmiyyət vermir. Mənə psixoloji təsir edir. Artıq məhkəməyə vermək istəyirəm. Nə məsləhət görmək istəyirsiniz? Xahiş edirəm məni qınamayın. Onun musiqisi səslənəndə dəli oluram", - deyə qadın yazıb.
Qadının gileyini haqlı hesab edənlər olsa da, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bildirib ki, bu cür səbəbə görə ailəni dağıtmaq olmaz.
Bununla belə şikayətin anonim olmasına görə, həqiqəti əks etdirmədiyini düşünənlər də olub.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















