Icma.az
close
up
RU
Azərbaycanda qardaşdan bacıya qaraciyər köçürülüb FOTOLAR

Azərbaycanda qardaşdan bacıya qaraciyər köçürülüb FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

TƏBİB-in tabeli tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, o cümlədən infrastrukturunun müasirləşdirilməsi və tibdə dəyəri yüksək olan cərrahi əməliyyatların icrası istiqamətində tədbirlər davam etdirilir.

Görülən işlərin nəticəsi olaraq, dövlət tibb müəssisəsində daha bir unikal cərrahi əməliyyatın icrasına başlanılıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı icra olunub. 

Dəyəri kifayət qədər yüksək olan qaraciyər transplantasiyası zamanı 26 yaşlı qadına 30 yaşlı qardaşından qaraciyər köçürülüb. Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrahlar Ceyhun İsayev, Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva, ürək-damar cərrahları Mətin Hadizadə, Elgin Hacızadə, anestezioloq Mayıl Sədiyev, transplantasiya üzrə koordinator həkim İntizar Məmmədovanın iştirakı ilə uğurla icra olunub.

Əməliyyatdan sonra resipiyent və donorun vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hər ikisinin bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.Cərrahiyyədə ən mürəkkəb müdaxilələrdən biri hesab edilən qaraciyər transplantasiyası yüksək səviyyəli təcrübə tələb edən bir prosedurdur. 

Uğurlu nəticə üçün xəstənin dəqiq qiymətləndirilməsi, uyğun donor seçilməsi, cərrahiyyənin düzgün aparılması, reanimasiya dəstəyi və əməliyyatdan sonrakı təqib olduqca vacib hesab olunur.

Məlumat üçün bildirək ki, 2 ay əvvəl Yeni Klinikada canlıdan-canlıya böyrək transplantasiyası da icra olunmuş və əməliyyat uğurla başa çatmışdır. Hazırda tibb müəssisəsində hər iki əməliyyatın icrası üçün bütün imkanlar mövcuddur.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib. 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri