Icma.az
close
up
RU
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var XƏBƏRDARLIQ

Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var XƏBƏRDARLIQ

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpız, həm sərinləşdirici təsiri, həm də şirin dadı ilə süfrələrin əvəzolunmazıdır. Lakin qarpızla bağlı narahatlıqlar da var. İstehlakçılar arasında belə bir sual getdikcə daha çox səslənir: "Bazarda satılan qarpızlara dərman vurulubmu?" Əgər vurulubsa, bu dərmanlar orqanizm üçün nə qədər təhlükəlidir?

Lent.az qarpızla bağlı ən çox narahatlıq duyulan suallarla bağlı araşdırmasını təqdim edir.

Qarpıza vurulan dərmanlar

Bostançılıqla məşğul olan rayonlarda qarpız becərilərkən əsasən üzvi və mineral gübrələrdən, eləcə də pestisidlərdən istifadə edilir. Hər hektar üçün əvvəlcə 10-15 ton çürümüş heyvan peyini, 150-200 kiloqram superfosfat və 150 kiloqram kalium gübrəsi tökülür. Torpağa tərkibindən asılı olaraq azot gübrələri də (məsələn, karbamid) verilir.

Məlumatlara görə, Azərbaycanda azotlu gübrələr daha çox istifadə olunur və azot meyvədə nitrat formasında yığılır. Əlavə azot verilməsi meyvənin sürətli inkişafına səbəb olsa da, normadan artıq azot tətbiq olunanda qarpızdakı nitrat miqdarı təhlükəli həddə çata bilər.

Kimyəvi və ya bioloji maddələr (insektisid, funqisid və s.) qarpız bitkilərini zərərvericilərdən qorumaq üçün işlədilir. Məsələn, bostan mənənəsi (qarğıdalı güvəsi) və yemiş milçəyi kimi həşəratlara qarşı 0.2 faiz xlorofos) məhlulu ilə çiləmə aparılır. Bu çiləmələr çiçək açandan başlayır, hər 7-8 gündən bir təkrar edilir və biçin öncəsi 25-30 gün dayandırılır. Bundan əlavə, bostan mənənəsi üçün digər kimyəvi maddələrdən də istifadə olunur. Qarpız əkilən sahələrdə  göbələk xəstəliklərinə qarşı da tədbirlər görülür. Bu məqsədlə, antraknoz və digər xəstəliklər üçün uyğun funqisidlər tətbiq edilir.

Yetişməni sürətləndirən maddələr

Qarpızın böyüməsini sürətləndirmək və məhsuldarlığı artırmaq üçün torpağa çoxlu gübrə verilir. Bu gübrələrin tərkibində olan maddələr giləmeyvənin içinə toplanaraq nitrat adlanan maddəyə çevrilir. Bu nitrat insan orqanizmində nitritə çevrilir və bu da qanda oksigen daşıyan maddəyə təsir edərək oksigen çatışmazlığına səbəb ola bilir. Xüsusilə körpə uşaqlarda, bu vəziyyət “mavi körpə sindromu” adlanır, yəni dəridə mavilik, nəfəsdə çatışmazlıq və halsızlıq kimi hallar müşahidə oluna bilər. Digər tərəfdən, bəzən bu nitritlər orqanizmdə başqa maddələrlə birləşərək zərərli birləşmələrə çevrilə bilər.

Bəzi elmi təcrübələrdə bu maddələrin xərçəng riski yaratdığı göstərilib. Amma aparılan geniş tədqiqatlara görə, tərəvəz və meyvələrin ümumi faydaları bu risklərdən qat-qat üstündür. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Qida Təhlükəsizliyi qurumları da meyvə və tərəvəzdən uzaq durmamağı, sadəcə düzgün seçib istifadə etməyi tövsiyə edir.

Bundan başqa, qarpızın yetişdirilməsi zamanı istifadə olunan həşərat öldürücü dərmanlar (pestisidlər) da problem yarada bilər. Bu dərmanlar bitkiləri ziyanvericilərdən qorumaq üçündür, amma çox istifadə olunarsa və ya yetişmə vaxtına yaxın verilərsə, onların qalıqları meyvənin içində qala bilər.

Belə dərmanlardan biri olan xlorofos (çox vaxt istifadə olunur), orqanizmə daxil olduqda sinir sisteminə, ürəyə, hətta uşaqların inkişafına zərər verə bilər. Bundan əlavə, bu dərmanlar arılara və torpaqda yaşayan faydalı canlılara da zərər verir ki, bu da son nəticədə qida zəncirinə təsir edir.

Azərbaycanda aparılan bəzi yoxlamalarda qarpızların tərkibində təhlükəli pestisid miqdarına rast gəlinməyib. Amma normadan artıq dərman verilmiş, ya da yaxşı yuyulmamış məhsullar insan orqanizmi üçün təhlükə yarada bilər.

Sağlam qarpız necə seçilməlidir?

Qarpızın təbii yetişmə vaxtı iyun-avqust aylarıdır. Bu mövsümdən əvvəl satılan qarpızların yetişməsi üçün daha çox gübrə və dərman verilmiş ola bilər. Həmçinin qarpızın üstündəki yaşıl sap (xaçı) quru və büzüşmüşdürsə, bu, onun təbii şəkildə yetişdiyini göstərir. Əgər sap hələ də yaşıl və təravətlidirsə, bu halda o, vaxtından əvvəl dərilmiş və süni şəkildə böyüdülmüş ola bilər.

Qarpız alarkən onun qabağına diqqət etmək lazımdır

Qarpızın qabığı tünd rəngli, ləkəsiz və çatlamamış olmalıdır. Çox parlaq, cilalanmış və süni görünüşlü qarpızlar adətən daha çox dərmanla böyüdülür. Kəsildikdən sonra içində ağ damarlar çoxdursa və bu damarlar şişkin görünürsə, bu da normadan artıq gübrənin əlaməti ola bilər.

Qarpız yol kənarında, birbaşa günəş altında və ya çirkli şəraitdə satılırsa, belə məhsullar həm istilikdən zədələnə, həm də mikroblarla çirklənə bilər. Almazdan əvvəl qabığını mütləq yaxşıca yuyun və təmiz bıçaqla kəsin.

 Əgər varsa, nitrat ölçən cihazlardan istifadə edin. Bəzi satıcılar portativ nitratölçən cihazlar (nitransveyer) ilə qarpızın təhlükəsizliyini göstərirlər. Mümkünsə, belə cihazla yoxlama tələb edin.

Kəsilmiş qarpızın düzgün saxlanması və mikroblar

Kəsilmiş qarpızın içi şirin və nəmli olduğu üçün mikrobların çoxalması üçün əlverişli şərait yaradır. Ona görə də qarpız kəsildikdən dərhal sonra soyuducuya qoyulmalı, plastik örtük və ya qapaqlı qabla bağlanmalı, otaq temperaturunda 1-2 saatdan artıq saxlanmamalıdır. Xüsusilə yay aylarında, isti havalarda bu müddət 1 saatı keçməməlidir. Əks halda qarpızda salmonella, listeriya kimi təhlükəli bakteriyalar arta bilər.

Mütəxəssislərin sözlərinə görə, kəsilmiş meyvələr 2 saatdan artıq açıqda saxlanmamalıdır. Soyuducuda isə 1-2 gün ərzində yeyilib bitirilməlidir. Əgər qarpızın bir hissəsi yumşalıb, rəngi dəyişibsə və ya pis qoxu verirsə, həmin hissəni dərhal atmaq lazımdır. Qarpız tez çürüyən giləmeyvədir. Ona görə hissə-hissə doğrayıb saxlamamaq, ehtiyac qədər kəsmək daha məqsədəuyğundur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyul 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri