Icma.az
close
up
RU
Azərbaycanda qaz ucuzlaşacaq, məzənnə dəyişəcək Trampın çağırışı müsbət sonlansa...

Azərbaycanda qaz ucuzlaşacaq, məzənnə dəyişəcək Trampın çağırışı müsbət sonlansa...

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınmasına dair çağırışlarına baxmayaraq OPEC+ hasilatı artırmaq fikrindən uzaqdır. 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, OPEC+ neft hasilatının artırılması öhdəliyini aprel ayından başlayaraq təxirə salmaq haqqında düşünür. Adının açıqlanmasını istəməyən nümayəndələrdən biri deyib ki, buna səbəb qlobal neft bazarlarında yaranmış vəziyyətdir. “Mövcud şərtlər hasilatı artırmağa imkan vermir. Çünki hasilatın artırılması neft qiymətlərində baş verən enməni bir qədər də gücləndirə bilər”, - deyə açıqlamada qeyd olunub. Başqa bir nümayəndə hələ heç bir qərarın verilmədiyini və OPEC+ ölkələrinin yekdil fikrinin olmadığını söyləyib. 

Qeyd edək ki, OPEC+ ölkələrinin götürdükləri öhdəliyə əsasən hər 3 aydan bir gündəlik hasilat ümumilikdə 120 000 barel artırmalıdırlar. “Bloomberg”in məlumatına görə, apreldən artımlar dayandırılacaq. OPEC+ ölkələrinin neft hasilatını artırmaq öhdəliyinin təxirə salması neft qiymətlərinin enməsi ilə bağlıdır.

Neft ixrac edən ölkələr qorxur ki, indiki şəraitdə hasilatın artırılması neft qiymətlərini bir qədər də aşağı salacaq.  ABŞ-nin yeni Prezidenti Donal Tramp isə OPEC-ə təzyiq edərək hasilatın artırılmasını istəyir. Tramp qiymətləri endirməklə Rusiyanı iqtisadi baxımdan çətin vəziyyətə salıb Ukrayna ilə müharibəni sonlandırmağa çalışır. Hələlik OPEC və OPEC+ ölkələri Trampın hasilatı artırmaq istəyinə müsbət yanaşmır. Lakin ABŞ-dən təzyiqlər artarsa, Vaşinqtonun Yaxın Şərqdəki neftlə zəngin olan müttəfiqləri geri çəkilməli olacaq. Bu halda hasilat artırılacaq və yəqin ki, neft qiymətləri düşəcək. 


Xatırladaq ki, bu ilin yanvarın 15-dən sonra neft qiymətlərində enmə müşahidə edilir. Ayın 15-də 82 dollara satılan “Brent” nefti hazırda 75 dollardır. Neft ixrac edən ölkələrdən biri kimi Azərbaycan da neft qiymətlərinin enməsindən əziyyət çəkir. Ölkəmiz üçün neftin qiyməti daha önəmlidir. Çünki son illərdə Azərbaycanın neft hasilatı azalır və ixraca yönəldilən məhsulun miqdarı aşağı düşür. Belə vəziyyətdə hətta neftin qiyməti sabit qalsa da Azərbaycan ixrac gəlirləri azalacaq. İxrac miqdarının azalmasına paralel olaraq qiymətlərin də aşağı düşməsi Azərbaycan üçün qorxuludur. 

Neft ucuzlaşanda ilk növbədə Azərbaycanın xarici ticarət balansı və cari əməliyyatlar balansında müsbət fərq kiçilir. Hesablamala görə neftin qiyməti 50 dollara düşərsə, bu halda cari əməliyyatlarda müsbət fərq sıfıra enəcək. Cari əməliyyatlarda müsbət fərqin olmaması isə dollarla manat arasında olan məzənnəni qorumağı çətinləşdirir. Bu vəziyyət uzun müddət, məsələn bir ildən çox qalanda manata təzyiq güclənir və Mərkəzi Bank məzənnə sabitliyini qorumaq üçün öz ehtiyatlarını xərcləyir. 

Təbii ki, belə vəziyyətdə sabit məzənnəni uzun müddət saxlamaq olmur və məcburən məzənnədə korrektə edilir. Azərbaycanda sonuncu dəfə belə təcrübə 2015-ci ildə olmuşdu. Həmin dövrdə neft qiymətlərinin enməsi və aşağı qiymətlərin uzun müddət qalması məzənnədə dəyişikliyə gətirib çıxardı. Neftin ucuzlaşması Azərbaycan Neft Fondunun gəlirlərinə də mənfi təsir edir. Neft ucuzlaşanda təbii qaz da ucuzlaşır və bu hal Fondun gəlirlərini azaldır. Fondun gəlirlərində azalma uzun müddət olarsa, Azərbaycan bu vəziyyətdən qaçmaq üçün məzənnədə dəyişikliyə getməli olacaq. 


Ucuz neft dövlət büdcəsinin də gəlirlərinə pis təsir edir. Amma bu təsir Neft Fondunun gəlirlərinə və cari əməliyyatlar balansına olan təsir qədər güclü deyil. Neft ucuzlaşanda yalnız neft-qaz sektoru üzrə vergi gəlirləri azalır. 2025-ci ildə dövlət büdcəsinə neft-qaz sektorundan vergilər şəklində 3,83 milyard manat pul daxil olacaq. Bu qədər məbləğ neftin qiyməti 70 dollar olarsa toplana biləcək. Neftin qiymətinin enməsi məhz bu gəlirlərdə azalmaya gətirib çxaracaq. 

Ümumilikdə, təhlillər göstərir ki, neft  və təbii  qaz qiymətlərindəki dəyişikliyə dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Buna görə də hər hansı səbəbdən neftin və qazın ucuzlaşması Azərbaycan üçün əlverişli deyil. 

Vasif
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri