Icma.az
close
up
RU
Trampın çağırışı: Ankara əməl etsə, ziyana düşəcək

Trampın çağırışı: Ankara əməl etsə, ziyana düşəcək

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son məlumatlara görə, Türkiyə Rusiyadan gündəlik 330 min barrelə yaxın neft alır. Bundan əlavə, ötən il ərzində Rusiyadan 21,5 milyard kubmetr təbii qaz idxal edib. Bu rəqəmlər Türkiyənin Rusiyadan ciddi şəkildə enerji asılılığında olduğunu göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Ankaranın Moskva ilə enerji sahəsində əlaqələri son illərdə daha da dərinləşib və bu, statistik rəqəmlərdə də öz əksini tapır:

“Hazırda Türkiyə Rusiyadan gündəlik 330-332 min barrelə yaxın neft alır. Müqayisə üçün deyim ki, Azərbaycanın ümumi illik neft ixracı təxminən 21,5 milyon barrel, gündəlik isə 550-600 min barrel təşkil edir. Göründüyü kimi, Rusiya nefti Türkiyənin enerji balansında böyük yer tutur”.

Ekspert qeyd edir ki, Türkiyə bu nefti əsasən daxili tələbat üçün alır və öz neftayırma zavodlarında emal edir:

“Rusiyadan alınan qaz da eyni qaydada əhalinin ehtiyacları üçün istifadə olunur. Türkiyə hazırda enerji idxalçısıdır, ixracatçı deyil.

Türkiyə çalışır ki, İrandan, İraqdan, Azərbaycandan, Rusiyadan, Qətərdən aldığı enerjini özü sataraq bölgədə enerji şəbəkəsi rolunu oynasın. Amma bu planlar hələ reallaşmayıb. Bəzən müəyyən həcmdə enerji satışını həyata keçirə bilər, amma bu, sistemli ixrac deyil”.

Kərimli hesab edir ki, Türkiyənin Rusiya neftindən imtina etməsi mümkündür, çünki alternativ mənbələr mövcuddur. Lakin təbii qazla bağlı vəziyyət daha mürəkkəbdir:

“Türkiyə qazı dərhal başqa bir mənbədən ala bilməz. Ona görə də məsələyə diqqətlə yanaşılır. Məsələn, ABŞ Prezidenti Donald Tramp Türkiyəni neftdən imtinaya çağırır, amma qaz məsələsinə toxunmur. Çünki qazın alternativi hazırda real deyil. Azərbaycanın da Türkiyəyə həmin həcmdə qaz vermək imkanı yoxdur”.

Bununla yanaşı, ekspert Rusiya neftinin qiymət baxımından Türkiyə üçün cazibədar olduğunu vurğulayıb:

“Rusiya neftinə sanksiyalar tətbiq edildiyinə görə Türkiyə bu vəziyyətdən istifadə edir və nefti güzəştlə alır. Yəni Rusiya nefti hazırda iqtisadi baxımdan sərfəlidir. Bu səbəbdən Türkiyə imtina edəcəyi halda ziyana düşə bilər və təbii ki. bu məqamlar nəzərə alınır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri