Icma.az
close
up
RU
Azərbaycanda qəbir daşlarına şeir yazmaq TƏNQİD EDİLİR

Azərbaycanda qəbir daşlarına şeir yazmaq TƏNQİD EDİLİR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda qəbir daşlarına yazı yazmaq ənənəsinin tarixi çox qədimdir. Orta əsrlər dövründə türbələr və qəbir daşları üzərində yazılar vasitəsilə mərhumun kimliyi və xidmətləri qeyd edilirdi. Ədəbiyyatın və şeir sənətinin geniş yayılması qəbiristanlıqlara da təsir etdi. Bu ənənə zamanla dəyişərək müasir dövrdə də öz aktuallığını saxlayıb.

Maraqlıdır ki, son illərdə bəzi bölgələrdə pulla mərhumlar üçün şeir yazan şairlər artıb. Bu şairlər mərhumun həyatını və xatirəsini ailənin istəklərinə uyğun olaraq ifadə edirlər. 

Müasir texnologiyalar da bu sahəyə yeniliklər gətirib. Qəbir daşlarına QR kodların yerləşdirilməsi artıq geniş yayılmağa başlayıb. Bu kodlar vasitəsilə mərhum haqqında məlumat, həyat tarixçəsi və hətta xüsusi olaraq yazılmış şeirlər görünə bilər.

Ancaq qəbir daşlarına şeir yazmaq ənənəsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi insanlar bunu mənasız israfçılıq və hətta göstəriş hesab edir. Dini baxımdan da tənqid edilir, dindarlar qəbir daşlarına yalnız dua və Quran ayələri yazılması tövsiyə olunur. Həmçinin, pulla şeir yazan şairlərin ortaya çıxması və QR kodların istifadəsi bəzi insanlar tərəfindən ənənənin kommersiyalaşması və səmimiliyini itirməsi kimi qiymətləndirilir.

Modern.az mövzu ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev və folklorşünas Elyar İslamoğlu ilə həmsöhbət olub.

Hacı Fuad bildirib ki, qəbir daşlarının hansı formada olması, üzərində nə əks edilməsi dinlə əlaqəli deyil:

“İslam dinində rəhmətə gedən biri üçün vacib olan bir neçə şey var. Geridə qalan şeylər isə insanların istəyindən yaxud ənənələrindən irəli gələn məsələlərdir. İnsan vəfat edəndən sonra vacib olanlar onu yumaq, kəfənə bükmək, namaz qılmaq və dəfn etməkdir. Bir də hənut var ki, insanın səcdə etdiyi zaman yerə qoyduğu əzalara bir tərkib vururlar ki, bu da savabdır. Əgər varsa bu edilir, yəni insan vəfat etdikdən sonra vacib olan şeylər edilir və cənazə namazı qılınır. Bundan sonra olanlar dinlə əlaqəli məsələlər deyil. Dinimiz bunları önəmə çəkmir. Elə yerlər var ki, yüz mindən yuxarı qiyməti olan baş daşları qoyulur. Bunlar tamamilə israfdır, bunlara gedilməməlidir. Həmin pullar faydalı işlərə xərclənə bilər. Bəzi rayonlardakı qədim məzarlarda şəxsin hansı peşə sahibi olması onun məzar daşındakı nişanə ilə ayırd ediblər. Bunun da dinlə hansısa əlaqəsi yoxdur”.

Folklorşünas Elyar İslamoğlu bildirib ki, keçmişdə məzar daşları bugünkündən tamamilə fərqli olub:

“Biz həm kurqanlarda, həm də qədim məzarlarda bunu görürük. Keçmişdə sənduqə və sandıq formasında məzar daşları mövcud olub. Keçmişdəki məzar daşlarının üzərində şeirlərə o qədər də çox rast gəlmirik. Lap qədim dövrdə tapılmış məzar daşlarının üzərində ölən şəxs hansısa peşə sahibi idisə onun peşəsinə uyğun məzar daşı üzərinə uyğun şəkil həkk olunurdu. Gələcəkdə kimsə həmin məzarı ziyarət edəndə məzarın üzərində həkk edilən işarədən məzarda yatan şəxsin peşəsi bilinirdi. Biraz müasir dövrlərə gələndə isə dünyadan nakam köçənlərin, gənc yaşında dünyasını dəyişənlərin məzardaşında onların talehini əks etdirən bayatıya yaxud şeir nüsxəsinə rast gəlinirdi. Bunlar daha çox xalq bayatılarından ibarət olurdu və 1-2 bənd olurdu. Məzarı ziyarət edənlər bilirdi ki, məzarda yatan gənc biridir”.

E.İslamoğlu qeyd edib ki, müasir dövrümüzdə isə başdaşları daha bər-bəzəklidir, əndazəni aşmış formadadır, məzarın üzərində böyük heykəllər qoyulur, məzarın ətrafı çəpərlənir, mərmərdən çox istifadə olunur:

“Əvvəllər bir məzar üçün bir metr yer ayrılırdısa, indi 10 metr ayrılır. Bu yaxşı hal deyil. Üstəgəl də çox böyük şeir parçalarına rast gəlinir. Azərbaycan folklorunda yas mərasimləri xüsusi mərasim kimi öyrənilir və xüsusi formaları var. Eləcə də hər bölgənin özünə aid yas adətləri var. Eyni zamanda hər regionun dəfn adətləri də fərqlidir. Amma məzar daşlarının üzərinin yazılması ilə dediyim formada olub. Məzar daşlarının bahalı olması çox yer tutması həm dində həm də cəmiyyət arasında düzgün sayılmır. Yaxşı olar ki, bunun yerinə həmin şəxs üçün verilən ehsanların sayı daha çox olsun. Biz onların məzar daşlarına şeir yazmaq, yerinə savab əməllər görsək daha doğru olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri