Azərbaycanda qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ...
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbiristanlıqların idarə olunması və dəfnlərin təşkili zamanı müəyyən edilmiş tələbləri pozan şəxslər və vəzifəli şəxslər cərimələnə bilər.
Avtosfer.az xəbər verir ki, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrinə daxil edilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək cərimə edilir.
Qəbiristanlıqların qorunması tələblərinin, eləcə də dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 1 000 manatadək cərimə edilir.
Qəbir yerlərinin rezervasiyası ilə bağlı tələblərin pozulmasına, həmçinin dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1 000 manatadək cərimə tətbiq olunur.
Qeyd edək ki, bu Ajans.az-ın özəl xəbəridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















