Icma.az
close
up
RU
Azərbaycanda qeyri neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti mövcuddur RƏY

Azərbaycanda qeyri neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti mövcuddur RƏY

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran-İsrail münaqişəsi fonunda neftin qiymətinin bahalşasması Azərbaycanda qeyri-neft sektoru ilə bağlı bir sıra çatışmazlıqları önə çəkib. Doğrudur, neftin bahalaşması Azərbaycan üçün əlverişlidir, amma bu da məlumdur ki, artım daimi deyil. Neftin qiyməti dünyada cərəyan edən proseslərə birbaşa bağlıdır. Siyasi prosesləri nəzərə alaraq paralel olaraq hazırda müzakirə olunan əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənir, yeni istehsal sahələri yaradılır. Yəni indiyə qədər bu sahədə xeyli addımlar atılıb. Reallıq isə budur ki, neftdən asılılıq hələ də aradan qaldırılmayıb.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır.

Deputat bildirib ki, ümumi daxili məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir:

“Hazırda mövcud vəziyyət də Azərbaycan neftinin və qazının beynəlxalq arenada satışına ciddi mənada müsbət təsir göstərir. Təbii ki, bu müvəqqətidir - neftin və qazın tükənən sərvət olması məlumdur. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi  addımlar atılmalı, enerji sektorundan asılılığın minimuma endirilməsinə hədəflənən siyasət davamlı olaraq həyata keçirilməlidir. Bu sahədə də  sahibkarlığın inkişafı öz müsbət rolunu oynamalıdır.  Çünki qeyri-neft sektoru sahibkarlığın inkişafı hesabına əhəmiyyətli dərəcədə tərəqqi edir. Düşünürəm ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət artırılmalıdır. Təbii ki, bu uğurlara yol açan əsas amil neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması olacaq. Bu gün iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcıların hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və müxtəlif bölgələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması bu məsələnin reallaşmasında həlledici rola malikdir. Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü üçün də əlverişli məhsuludar mühitin mövcuddur. Bu istehsal sahələrində iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq istiqamətində dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkarlara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilməlidir”.

İqtisadçı-ekspert Fuad İbrahimov isə deyib ki, neft sektorundan asılılığımız kifayət qədərdir:

“Əsas məsələlərdən biri qeyri-neft sektorunun inkişafıdır və tam sıçrayışlı inkişaf dinamikasını görə bilmirik. Bu günə qədər açılmış müəssislərin aidiyyəti dövlət orqanları tərəfindən təftişi aparılmalıdır. Məsələn, İqtisadiyyat Nazirliyi tərəfindən ən azından cənab Prezidentin iştirakı ilə son iyirmi ildə açılışı olan müəssisələrin icra vəziyyətinin hesabatı verilməlidir. İndiyə qədər xeyli müəssisə açılıb. Əksəriyyəti qeyri-neft sektoruna aiddir. Velosiped zavodundan tutmuş akkumulyator, şüşə, kafel-metlax zavoduna qədər. Gəlin bunların icra vəziyyətini araşdıraq. Bir iqtisadçı kimi icra vəziyyətlərini bilirəm. Əksəriyyətinin işlək vəziyyəti qənaətbəxşdir, yaxud ümumiyyətlə, qənaətbəxş deyil. Birinci bunu açıqlamaq lazımdır. Müəssisə işləməyəcəkdisə, texniki iqtisadi əsaslandırmasını hazırlayanlar kimlər idi? Hər halda kimsə təklif verib ki, gəlin bura investisiya, kapital qoyaq. Məsələn, İsmayıllı velosiped zavodunun açılışında cənab Prezident də iştirak etmişdi. İndi isə həmin zavod işləmir. Sual yaranır: bəs bunu niyə açırdınız? Aidiyyəti qurum, bura kapital qoyulur, bilirsiniz? Min cür dərdimiz-sərimiz var. Zaman gələcək gəlirlərimiz olmadığı vaxtda dünya şirkətlərindən xahiş etməyə başlayacağıq ki, maliyyə dollarından bizə kredit verin. Allah bunu indi bizə bəxş edibsə, səmərəli istifadə edək. Dörd-beş səhv etmək olar, amma ardıcıl bu qədər səhv ola bilməz axı. İkincisi, xeyli sayda sənaye parkı açılır. Sənaye parklarındakı vəziyyətlə bağlı da açıqlama versinlər. İnkişaf dinamikası aşağıdır. Bu gün Ağdam sənaye parkında rezident və qeyri-rezidentlərin əli kredit mənbələrinə çatmır. Onda bunlara niyə rezident statusu verirsiniz? Bu suallara nə vaxt cavab tapılsa, o vaxt iqtisadçı kimi deyə bilərik ki, qeyri-neft sektorunun inkişafının yolu nədir. Əslində, yolu bəllidir. Sadəcə, bəzi maraqlı dairələr öz bildikləri marağı irəli sürürlər. İnkişaf edən, kifayət qədər bacarığı olan sahibkarlar o mühitə daxil ola bilmirlər ki, öz təkliflərini irəli sürüb, həyata keçirsinlər, yeni müəssisələr açsınlar. Kredit mənbələrinə əlçatanlıq, sənaye parklarından istifadə məsələlərində böyük problemlər var. Buna aydınlıq gətirilməlidir. Özbəkistan modelinə diqqət edin. İqtisadi dinamika görün necə sıçrayır. Hətta bizim sahibkarlarımız, bacarıqlı biznesmenlər orada fəaliyyət göstərirlər. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi bu məsələlərlə bağlı tam şəffaf hesabat verməlidir. Bundan sonra bəlli olacaq ki, qeyri-neft sektorunda nə qədər problemlər var. Problemlər niyə həll olunmayıb? Cavabdeh şəxsləri məsuliyyətə cəlb etməli olacağıq, çünki müasir dövrdə ən böyük itki zaman itkisidir. Bunu isə biz çox rahatlıqla həyata keçiririk”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see173

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see133

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see131

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see129

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see128

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see128

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see121

46 illik ömür...

20 İyun 2025 08:17see121

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see116

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see116

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see116

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see114

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see114

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see114

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see114

PSJ Braziliya klubuna məğlub oldu

20 İyun 2025 07:10see113

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see112

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see112

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see111

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri