Icma.az
close
up
RU
683 bal toplayan məzun: “Göz həkimi olub, insanların qayğısına qalmaq istəyirəm” VİDEO

683 bal toplayan məzun: “Göz həkimi olub, insanların qayğısına qalmaq istəyirəm” VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz, 21 iyun, Elxan Yusifli, AZƏRTAC

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, şimal regionu üzrə ən yüksək bal toplayan Ləman Əliyeva həkim olmaq arzusundadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ləman Vasif qızı Əliyeva Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunudur. O, məktəbi fərqlənmə attestatı ilə bitirib. Buraxılış imtahanlarında 283, ali məktəblərə qəbul imtahanlarında isə 400 bal toplayan Ləman açıqlanan nəticələrə əsasən, 683 balla region birincisidir. Xaçmazlı məzun Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil almaq istəyir.

“Qəbul imtahanlarında asan, orta və çətin səviyyəli suallar var idi. Bütün suallara düzgün cavab verib, 400 bal topladım. Mən həkim olmaq istəyirəm. Uşaqlıqdan arzum var. İnsanların sağlamlığının qeydinə qalmaq, həyatlarını xilas etmək istəyirəm. Düzdür, qarşımda uzun bir yol var. Ən azı 6 il oxumalıyam. Tibbin hansı istiqamətinə yönələcəyimi gələcək göstərəcək. Valideynlərim nevropatoloq olmağımı istəyirlər. Amma mən özüm uşaq yaşlarımdan gözlərimdən müalicə olunmuşam. Ona görə də oftalmoloq kimi daha çox uğur qazanacağıma inanıram. Tibbi təhsilimi uğurla başa vurub, göz həkimi kimi insanların qayğısına qalmaq istəyirəm”, - deyə Ləman Əliyeva söyləyib.

Ləmanın kimya müəllimi Sevil Nağıyeva hər bir şagirdin uğurunun arxasında böyük zəhmətin dayandığını söyləyir.

“Ləman çox məsuliyyətli şagird olub. Bəzən boş vaxtlarda belə hamı nəyisə müzakirə edəndə, Ləman bir kənara çəkilib dərs oxuyurdu. Daim əllərinin içi qələmlə yazılı olurdu. Dərslərinə çox önəm verirdi. Bunun sayəsində qəbul imtahanlarında 400 bal, yəni maksimum nəticə əldə etdi. Bu nəticədə Ləmanı valideynlərinin, məktəbdə ona təlim-tərbiyə verən müəllimlərin də böyük payı var”,-deyə Sevil Nağıyeva söyləyib.

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin 6 məzunu 600 baldan yuxarı nəticə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:22
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see140

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see131

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see124

46 illik ömür...

20 İyun 2025 08:17see124

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see119

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see119

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see118

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see117

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see114

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see113

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri