Icma.az
close
up
RU
IV ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyent: Xəyallarını gerçəkləşdirmək üçün məqsəd qoymaq vacibdir

IV ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyent: Xəyallarını gerçəkləşdirmək üçün məqsəd qoymaq vacibdir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 iyun, AZƏRTAC

Bu il ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə ən yüksək nəticələrdən birinə Bakı şəhəri, Nizami rayonu 129 nömrəli tam orta məktəbin məzunu Anar Babayev imza atıb. O, 695.8 bal toplayıb.

Anar AZƏRTAC-a müsahibəsində uğur yolundan danışıb: “İmtahanlara son 2-3 ildə daha sistemli şəkildə hazırlaşmağa başladım. Amma məktəbdə dərslərimə hər zaman ciddi yanaşmışam, bu da nəticəmə təsirini göstərdi”.

Abituriyent deyir ki, buraxılış imtahanında ən çox çətinlik çəkdiyi fənn Azərbaycan dili olub: “Qrammatika yox, mətn tapşırıqları mənə daha çətin gəlirdi. Elə imtahandakı səhvim də həmin hissədən oldu. Blok imtahanında isə ən çox narahatlıq keçirdiyim fənn biologiya idi”.

Anar Babayev Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil almağı planlaşdırır: “Hələ konkret hansı sahə üzrə həkim olacağımı seçməmişəm, amma tibb sahəsində çalışmaq istədiyimə əminəm. Bakalavr səviyyəsini Azərbaycanda başa vurduqdan sonra təhsilimi xaricdə davam etdirməyi düşünürəm”.

O, həmyaşıdlarına da səslənərək tövsiyəsini verib: “Xəyallarını gerçəkləşdirmək istəyən hər bir gənc qarşısına məqsəd qoymalı və bu yolda əzmlə addımlamalıdır. Sadəcə, daim dərs oxumaqla deyil, düzgün vaxt bölgüsü ilə həm istirahətə, həm də dostlarla görüşə yer ayırmaqla bu prosesi balanslaşdırmaq mümkündür. Mənim də asudə vaxtlarım olub, dostlarımla görüşür, gəzməyə çıxırdım. Bu, mənə müsbət təsir edirdi”.

Anar Babayev müxtəlif olimpiadalarda və müsabiqələrdə uğurlar əldə edib. O, V sinifdə Lütfi Zadə adına məntiq olimpiadasında respublika üzrə II yerə, VII sinifdə kimya üzrə respublika fənn müsabiqəsində III yerə layiq görülüb. Bakı Elm olimpiadalarında dəfələrlə medal qazanan Anar, X sinifdə fizika üzrə respublika fənn olimpiadalarında gümüş medal, XI sinifdə isə kimya üzrə bürünc medal əldə edib. Bundan başqa, V Azərbaycan Astronomiya Olimpiadasında qızıl medal qazanıb.

Orta məktəbi isə qızıl nişanla başa vuran abituriyent, eyni zamanda, Nizami rayonu üzrə inşa müsabiqələrində və digər bilik yarışlarında fərqlənib.

Anar maksimal nəticə qazandığı üçün blok imtahanının ikinci mərhələsində iştirak etməyi planlaşdırmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri