Azərbaycanda qeyriadi məhkəmə iddiası: Pişik xəbərinə görə 20 min manat... Yeni Sabah
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bu gün Nərimanov rayon Məhkəməsində “Hasvet İnternational Animal Hospital”ının Yenisabah.az saytı və jurnalist Əsmətxanım Rzazadəyə qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutan prosesdə məlumatlar dəqiqləşdirilib. İş üzrə toplanan materiallar məhkəməyə təqdim olunub.
Proses dekabrın 11-nə təyin olunub.
Qeyd edək ki, iddiaçı "Hasvet Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti “Yenisabah.az” saytında haqqında yayılan xəbərlə bağlı məhkəməyə müraciət edib. Saytda dərc olunan yazıda hospitalda pişiyin əməliyyat qiymətlərinin yüksək olması tənqid edilib. Klinika qarşı tərəfdən təkzib və 20.000 manat təzminat ödəməyi tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















