Azərbaycanda qocaman diktor 103 yaşında vəfat etdi
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. SİA xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov məlumat yayıb.
"103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs... Allah rəhmət eləsin", - deyə o qeyd edib.
Qeyd edək ki, 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülən Züleyxa Hacıyeva Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.
O, 1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub. 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub, bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.) aparıcısı kimi yadda qalıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Mətləb
Baxış sayı:149
Bu xəbər 03 Sentyabr 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















