Icma.az
close
up
RU
Azərbaycanda qorxulu statistika Bu qurum cavabdehdir

Azərbaycanda qorxulu statistika Bu qurum cavabdehdir

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar Azərbaycanda qız uşaqlarının xüsusilə ailə qurmaq məqsədilə evdən qaçması, təhsilə azalan maraq və ya valideynlərin “tərbiyə” adı altında onları məktəbdən uzaqlaşdırması halları cəmiyyətdə narahatlıq doğurur. Sosial şəbəkələrdən, özəlliklə də TikTok-dan istifadənin çoxalması fonunda evdən qaçan qızların, uğursuz ailə modellərinin artacağı iddia olunur.

Bu, real təhlükədirmi? Niyə dövlət, müvafiq komitə hərəkətə keçmir?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, qızların evdən qaçmasının səbəbləri çox olsa da, hamı ailələri günahlandırır:

“Yeniyetməlik çağı çətin mərhələdir. Hər valideyn öz metodu ilə bu dövrdən keçməyə çalışır, övladının təhlükəsiz şəraitdə olmasını istəyir. Birmənalı olaraq, uşağın təhsildən uzaqlaşdırılmasının əleyhinəyəm. Onların 9-cu sinifdən çıxarılmasının bir halda açıqlaması ola bilər – təhsilini ya peşə məktəbində, ya da texnikum-kollecdə davam etdirəcək. Valideynin borcudur ki, övladının təhsil hüququnu tam təmin etsin. 15 yaşında evləndirilən qız sağlam nəsil yetişdirə bilməz”.

Lalə Mehralı

Sosioloq bildirib ki, sosial şəbəkələrin bu vəziyyətə təsiri danılmazdır:

“Buradakı rəzillikləri görəndə mənəvi cəhətdən nə qədər təhlükədə olduğumuzun fərqindəyik, amma uşaqlar bunu dərk etmir. Anormal şeyləri normal qəbul edən nəsil formalaşır və biz müdaxilə edə bilmirik. Boşanma statistikasını, evdən qaçan uşaqların sayını, azalan nikahları, atasız doğulan körpələrin çoxalmasını görəndən sonra necə demək olar ki, heç bir problem yoxdur? Fikrimcə, tarixin heç bir dövründə bu qədər narahatlıq doğuran vəziyyətdə olmamışıq. Real təhlükənin içindəyik, astananı çoxdan keçmişik. Dövlət, əlaqədar komitə bunun fərqinə varmalıdır. Təbii ki, bu, birbaşa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işidir. Komitə uşaqların problemləri, onların cəmiyyətə qaytarılması, təhsil almaları üçün lazımı tədbirlər görməlidir. Yerlərdə nümayəndələr olmalı, bölgələrdə həssas ailələr müəyyənləşdirilməli və onlar nəzarətdə saxlanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri