Icma.az
close
up
RU
Azərbaycanda xərçəngin qorxulu statistikası

Azərbaycanda xərçəngin qorxulu statistikası

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Bir il ərzində xərçəng xəstələrinin ümumi sayı təxminən 6.4% artıb – onkoloqların rəyi…

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə tibb müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər təşkil edib. Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadındır. Onu da qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.

2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər idi. O zaman onların 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olmuşdu. Beləliklə, bir il ərzində xərçəng xəstələrinin ümumi sayı təxminən 6.4% artıb. Xüsusilə qadınlar arasında artım daha nəzərəçarpandır.

Bəs bu artımın səbəbi nədir? Qadınlar arasında xərçəngin daha çox yayılmasına nə təsir edir? Müvafiq qurumlar bu artımı araşdırırlarmı?

Hələlik rəsmi qurumlardan səbəblərlə bağlı ətraflı məlumat verilməsə də, mütəxəssislər bu tendensiyanı müxtəlif amillərlə izah edirlər. Buraya ətraf mühitin çirklənməsi, həyat tərzi, qidalanma vərdişləri, genetik meyllilik və müayinələrə çıxış imkanlarının yaxşılaşması kimi faktorlar daxildir.

Xüsusilə qadınlarda süd vəzi, qalxanabənzər vəzi və ginekoloji orqanlarla bağlı xərçəng növlərinin çoxluğu diqqət çəkir və bunun üçün profilaktik müayinələrin əhəmiyyəti dəfələrlə vurğulanır.

Hazırda Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamaq və səbəbləri müəyyənləşdirmək məqsədilə tədqiqatlar aparır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qadınlarda bu xəstəlik ən çox süd vəzində və uşaqlıq boynunda aşkarlanır: “Bu mövzuda maarifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar təkbaşına bu yükün altına girə bilməz. Xəstəlik vaxtında aşkar olunanda müalicə etmək mümkündür. İnsanlar özünü qorxutmasın, sadəcə olaraq, vaxtında həkimə müraciət etsinlər və müayinə olunsunlar. Bəzən isə insanlar doğru ünvana, mütəxəssisə müraciət etmirlər. Qadınlar ildə 1 dəfə mamoqrafiya müayinəsindən keçsinlər. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda xərçəng xəstələrinin sayı çox deyil. Məsələn, Krımda 10 il əvvəl 2 milyon əhalinin 50 mini xərçəng xəstəsi idi. Çeçenistanda isə 1 milyon əhalinin 20 minində onkoloji xəstəlik aşkarlanıb. Azərbaycanda isə 10 milyonluq əhalinin 75 minində bu xəstəlik var. Demoqrafik göstəriciləri nəzərə almaq lazımdır. Xərçəngin yaranmasına bir çox faktor: qidalanma, ekologiya, həyat tərzi, stress, tütün çəkmə və s. təsir edir. Xərçəng müalicə olunan xəstəlikdir, yetər ki, həkimə vaxtında müraciət edilsin”.

Onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov deyib ki, tək Azərbaycanda deyil, bütün dünyada xərçəng xəstələrinin sayı artır:  “Bu xəstəliyin yaranmasına ilk növbədə qidalanma faktoru təsir edir. Zərərli vərdişlərin də öz rolu var. Son zamanlar artıq çəkinin olması da xərçəng xəstəliyini yaradır. Siqaret və tütün məhsullarından istifadə olunması, stress faktorunun olması, havanın çirkliliyi, şüallanmanın həddindən çoxluğu onkoloji xəstəliklərin meydana gəlməsinə gətirib çıxaran əsas səbəblərdən biridir. Genetik faktoru da unutmaq olmaz.

Xərçəng xəstəliyini birinci və ikinci mərhələdə olanda müalicə etmək mümkündür. Lakin çox təəssüflər olsun ki, pasiyentlər 3-cü və 4-cü mərhələdə gəlirlər deyə biz onlara kömək edə bilmirik. İldə bir dəfə müayinədən keçmək əsas şərtdir. Xəstəlik nə qədər çox erkən aşkarlanarsa, bir o qədər də müalicə baxımından sağalma şansı var. Xəstəlik erkən aşkarlanarsa, dərmana görə pasiyentin xərci də çox çıxmaz”.

Həkim bildirir ki, bəzən biopsiyanın cavabı yanlış olur: “Bizim bir pasiyentimiz var idi, onda biopsiyanın cavabı yanlış çıxmışdı. Ona görə də məsləhətdir ki, 2-3 dəfə biopsiya edilsin, əgər nəticələr üst-üstə düşərsə, o zaman diaqnoz qoyulsun. Belə yanlış diaqnozlara da rast gəlirik. Ona görə də pasiyentlər digər sahə həkimlərinə yox, onkoloqlara müraciət etsinlər”.

Onkoloq ölkəmizdə xərçəng əleyhinə satılan dərmanlardan da söz açıb: “Xaricdə istehsal olunan dərmanlardan ölkəmizə gətirilir. Keyfiyyəti normaldır. Əsas məsələ müalicənin düzgün aparılmasıdır”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ildə dünyada təxminən 20 milyon yeni xərçəngə tutulma qeydə alınıb, 9,7 milyon insan xərçəngdən dünyasını dəyişib. Hesabata görə, hər beş insandan biri həyatında xərçəngə tutulur, hər doqquz kişidən, hər on iki qadından biri bu xəstəlikdən vəfat edir.

Təşkilatın proqnozlarına görə, 2050-ci ilə qədər hər il 35 milyon yeni xərçəngə tutulma qeydə alınacaq, bu da 2022-ci illə müqayisədə 77% artım deməkdir. Ekspertlər qeyd edir ki, pandemiya dövründə xərçəng diaqnozu və müalicəsi ciddi şəkildə azalıb. Dünyada 1 milyon xərçəng halı pandemiya səbəbindən vaxtında aşkar edilməyib. 2020-ci ilin ilk ilində xərçəng diaqnozu 23%, müalicə isə 28% azalıb. Xərçəngin erkən aşkar edilməsi üçün nəzərdə tutulan skrininq testləri də əhəmiyyətli dərəcədə azalıb, bəzi ölkələrdə isə bu rəqəm 59%-ə çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri