Icma.az
close
up
RU
Azərbaycanda sentyabra qədər quş əti və yumurta bahalaşmayacaq İqtisadçı ekspert

Azərbaycanda sentyabra qədər quş əti və yumurta bahalaşmayacaq İqtisadçı ekspert

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-dən sonra Fransada da yumurta qıtlığı yaşanır. Teleqraf-ın xəbərinə gprə bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə Fransada son bir neçə həftə ərzində supermarketlərdə yumurta bölmələri tamamilə boş qalıb.

"ABŞ-dəki boş rəflərin və rekord qiymətlərin Fransada da təkrarlanması ölkədə gərginliyi daha da artırıb. Bu, çaxnaşma reaksiyası yaradır və müştəri bir qutu əvəzinə iki qutu alır", – deyə ölkənin Milli Yumurta Təşviqi Komitəsinin (CNPO) vitse-prezidenti Loik Kulombel bildirib.

"Supermarket satışları 2024-cü ildə 4% artmışdı, yanvar və fevral aylarında isə bu göstərici əlavə 4.6% yüksəldi. Halbuki 2024-cü ildə istehsal sabit qalaraq təxminən 15 milyard yumurta səviyyəsində olub", – CNPO-nun direktoru Alis Riçard qeyd edib.

Məlumata görə, yumurta istehsalı hələ də 2021-ci illə müqayisədə 4% azdır, yəni quşçuluq fermalarını məhv edən ciddi quş qripi böhranından əvvəlki dövrlə müqayisədə geriləmə var. Simvolu xoruz olan Fransa artıq yumurta baxımından tamamilə özünü təmin edə bilmir.

Qeyd edək ki, inflyasiya səbəbindən fransızlar qızıl balıq və ya nərə balıqlarına nisbətən daha çox toyuq yumurtasına üstünlük verirlər. Bu ucuz protein mənbəyi böyük tələbatla qarşılanır.

Xatırladaq ki, ABŞ-də yumurta qıtlığı quş qripi epidemiyaları səbəbindən ilin əvvəlindən başlayıb və getdikcə daha da güclənir. 


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Amerikada quş qripinin yayılması səbəbindən bir sıra quşçuluq təsərrüfatları fəaliyyətini dayandırıb və nəticədə ciddi problemlər ortaya çıxıb:


“Digər bir tərəfdən ABŞ da yaranan yumurta qıtlığının ortadan qaldırılması üçün fevral və mart aylarında Türkiyə və Danimarkada ümumilikdə 15 min ton yumurta idxal edilib və artıq Türkiyə ixracatı həyata keçirməkdədir. Fransada isə fərqli səbəblərdən yumurta qıtlığı yaranıb. Burada ekoli və salmanella həm pizzalarda, həm də şokolad məhsullarında aşkar edilən bakteriya səbəbindən belə bir problem yaranıb və yumurta qıtlığı ortaya çıxıb. Azərbaycanda isə mənzərə bir az fərqlidir. Çünki biz 2022-ci  ilin statistik məlumatlarına baxsaq, o zaman 2023-cü  ildə təxminən 19.7 faiz yumurta istehsalında artım müşahidə olunub. Məsələn, 2023-cü  ildə bir milyard 570 milyon ədəd yumurta tədarük olunub ki, bu da 2022-ci illə müqayisədə 20 faizə yaxın artım deməkdir. Azərbaycanda yumurta tədarükü ilə bağlı 2025-ci ilin yanvar və mart aylarında da artımın müşahidə ediləcəyi, əvvəlki illərin eyni dövrü ilə müqayisədə ən azı 10 faizlik artım olacağı gözləniləndir. Yəni Azərbaycandakı mövcud quşçuluq təsərrüfatları üzrə yumurta tədarükü potensialı kifayət qədər yüksəkdir və daxili tələbatı demək olar ki, artıqlaması ilə qarşılaya bilir. Hətta Azərbaycan xarici ölkələrə yumurta ixrac edən bir imkanlara sahibdir. Azərbaycan xarici ölkələrə hər il milyonlarla ədəd bu illərə  və ölkələrə görə dəyişir, yumurta ixrac edir. Biz ötən il təxminən 50 milyon və bir neçə partiyadan ibarət olmaqla Rusiyaya Azərbaycandan yumurta ixrac edildiyini qeyd edə bilərik. Bu baxımdan da həm Fransadakı bakteriyalar, həm quş qripi Amerikada yayılıb və quşçuluq təsərrüfatları fəaliyyətini dayandırıb. Düşünürəm ki, Azərbaycanda epidemioloji vəziyyət sabitdir və bizdə elə bir təhlükə olmadığına görə də yerli tədarük hesabına daxili bazarın qorunması həyata keçiriləcək və qiymətlərdə bahalaşmayacaq. Əksinə, bu aralar mövsümlə əlaqədar olaraq həm quşçuluq təsərrüfatlarındakı yumurta tədarükü, həm də yerli təsərrüfatlarda artır. Kənd yerlərində olan vətəndaşların özlərinin kiçik toyuq, quşçuluq təsərrüfatlarında da toyuqlar yumurta verməyə başlayıblar. Bu təsərrüfatlarda da bazara gözləniləndən artıq yumurta çıxdığına görə də sentyabr ayına qədər Azərbaycanda quşçuluq, quş əti, yumurta və bu kimi ərzaqlarla bağlı bahalaşma və yaxud da qıtlıq gözlənilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri