Azərbaycanda quş qripi və Nyukasl xəstəliyi aşkarlanıb?
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda 2025-ci ilin noyabr və dekabr, həmçinin cari ilin yanvar–may aylarında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinqlər çərçivəsində riskli hesab olunan su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli parklarda, qoruqlarda, ovçuluq təsərrüfatlarında, çay və su anbarları ətrafında müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib, laborator müayinələr üçün müxtəlif növ quşlardan nümunələr götürülüb. Eyni zamanda, quşçuluq müəssisələrində, quş kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb olunub.
Bundan əlavə, təbiət ərazilərinə, quşçuluq obyektlərinə, bazarlar, zooparklar, parklar və dekorativ quş saxlanılan yerlərə ümumi baxış keçirilib, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər aparılıb.
Laborator müayinələrin və müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. Ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və hər hansı yoluxmaya şübhəli hal müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 09 İyun 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















