Icma.az
close
up
RU
Starlink Azərbaycanda nələri dəyişəcək? BUNLARI BİLMƏLİSİNİZ!

Starlink Azərbaycanda nələri dəyişəcək? BUNLARI BİLMƏLİSİNİZ!

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Starlink Azərbaycanda çox şeyi dəyişəcək. Starlink sadəcə yeni bir internet provayderi deyil. Bu, Azərbaycan internetinin daha da müstəqilləşməsi, alternativliyin artması və həm də, necə deyərlər, rəqəmsal ədalətin genişlənməsi deməkdir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. Onun sözlərinə görə, güman ki, biz bundan sonra siyasi müxaliflərin maşınlarında və mənzillərinin balkonlarında mini Starlink antenləri görə biləcəyik:

“Nəhayət, hökumət həm də 4-cü magistral operator hesab olunacaq bir provayderin-Starlink-in internet bazarına girişinə icazə verib.
Bəzən, siyasi müxaliflər, ictimai fəallar, siyasi jurnalistlər internet bağlantısı imkanlarının olmaması, onun məhdudlaşdırılması və izlənilmə ilə bağlı açıqlamalar verirdilər. Starlink peyk internet isə baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur.
Əlbəttə, əgər hökumət icazə veribsə, düşünmək olar ki, Starlink-lə də sorğu əsasında qanunvericilikdə nəzərdə tutulan məlumatların hökumətə təqdim edilməsi məqamları nəzərə alınıb.
Amma istənilən halda hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir. Bununla da, ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar.
Yəni bundan sonra güman ki, bizim müxaliflərin, siyasi partiya rəhbərlərinin, fəalların maşınlarında, mənzillərinin balkonlarında ən azı mini Starlink antenləri görə biləcəyik”.

O.Gündüz bildirib ki, eyni zamanda ölkəmizdə ucqar kəndlər, dağlıq bölgələr, sərhəd əraziləri üçün həyat dəyişəcək:

“İllərlə keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər, bələdiyyələr, mədəniyyət evləri , kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri, aqro təsərrüfatlar qlobal şəbəkəyə çıxış əldə edə biləcəklər. Bu isə ölkədə rəqəmsal transformasiyaya daha da təkan verəcək.

Azərbaycanda indiyədək 3 bəkbon (magistral) provayder olub. Yəni ölkəyə interneti 3 qurum gətirirdi. İndi isə bunların sayı 4 oldu.
Yəni Starlink ölkəmizdə magistral provayder hesab oluna biləcək bir operatordur.
Biz 16 noyabr 2015-ci il ildə Delta Telecom-da baş verən partlayışla ölkəyə daxil olan internetin bir nöqtədən asılı olmasının ciddi fəsadlarını görmüşük.
Daha müstəqil 4-cü magistralın, Starlinkin ölkəmizdə fəaliyyətə başlaması Azərbaycan internetinin dayanıqlığı və informasiya təhlükəsizliyi üçün də mühüm addımdır.
Düşünürərm ki , Starlinkin bazara daxil olması internet və mobil sektorda rəqabət və keyfiyyətin artmasına da müsbət təsir göstərəcək.

Görünən odur ki, mobil operatorlar hər gün bəsit xidmətlərinin tariflərini qaldırılar, keyfiyyətə və yeni xidmətlrə, 5G-yə etinasız yanaşırlar.
Bəzən müşahidə edirik ki, bəzi ənənəvi provayderlər xidmət göstərdikləri ərazilərdə alternativlərin olmamasından sui-istifadə etməkdə, inhisarçılıq yaratmaqda maraqlı olurlar.
Güman ki, Starlink belə halların qarşısnın alınmasında da ciddi rol oynayacaq”.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri