Icma.az
close
up
RU
Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir? AÇIQLAMA

Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir? AÇIQLAMA

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanda Ramazan ayının qızıl bazarına təsiri əsasən satış həcmi (tələbat) üzərindən özünü göstərir, qiymətlərin formalaşmasına isə daha çox qlobal bazarda müşahidə olunan meyillər təsir edir.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, yerli zərgərlik bazarında satışların əsas hissəsi toy və ailə mərasimləri ilə bağlı olduğundan, ilin ayrı-ayrı dövrlərində bazar aktivliyi fərqli olur.

"Belə ki, bəzi dövrlərdə (məsələn, 8 Mart və Novruz bayramı ərəfəsində) satışlarda artım müşahidə edildiyi halda, bəzi dövrlərdə əksinə, bazar fəallığı azalır. Ramazan ayında toy məclislərinin sayının azalması ilə əlaqədar olaraq zərgərlik bazarında alıcılıq qabiliyyətində təxminən 40-60 faiz intervalında azalma müşahidə oluna bilər.

Eyni zamanda, spot qızılın qiymətinin hazırda təxminən 5000 ABŞ dolları/unsiya ətrafında olması daxili bazarda qiymətlərin yüksək səviyyədə qalmasını şərtləndirən əsas amillərdən biri hesab olunur. Xalis metal üzrə 1 qram qızılın rəsmi dəyəri unsiyanın qram ekvivalentinə əsasən təxminən 270 AZN təşkil edir. Yerli bazarda isə satış qiymətləri əyyar dərəcəsindən, emal səviyyəsindən və satış şərtlərindən asılı olaraq dəyişir. Hazırda 585 əyyar qızılın satış qiyməti təxminən 180-200 AZN, 750 əyyar qızılın satış qiyməti 240-280 AZN, daha yüksək əyyarlı qızıl məmulatlarının satış qiyməti isə təxminən 300 AZN və yuxarı səviyyədə formalaşır".

R.Əmircanov qeyd edib ki, daxili bazara təsirin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda qızıl məmulatlarının pərakəndə satış qiyməti yalnız xalis metalın dəyəri ilə müəyyən olunmur.

"Qiymətlərin formalaşmasına məhsulun hazırlanma və işlənmə səviyyəsi, dizayn xüsusiyyətləri, əlavə komponentlərin dəyəri, tədarük və satış xərcləri, eləcə də satış məntəqələrinin qiymət siyasəti də əhəmiyyətli təsir göstərir. Bu səbəbdən qlobal bazarda qızılın qiyməti artdıqda daxili bazarda da qiymət artımı müşahidə olunsa da, pərakəndə satış qiymətlərinin dəyişmə tempi bəzi hallarda birja göstəricilərindən fərqlənə bilər. Nəticə etibarilə, Ramazan ayında Azərbaycanda qızıl bazarında adətən satış həcminin azalması müşahidə olunur, lakin qiymətlərin səviyyəsi daha çox qlobal qızıl bazarındakı dəyişikliklərlə müəyyən edilir. Bu baxımdan, Ramazan ayının təsiri əsasən tələbat və dövriyyə üzərində özünü göstərir, qiymət formalaşmasında isə əsas rol xarici bazar amillərinə məxsus olur", - deyə R. Əmircanov qeyd edib.

Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Fevral 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri