Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi baş verib.
Ərazidə torpaq qatının ayrılması nəticəsində fərdi yaşayış evlərinin həyətlərində dərin çatlar və çökmələr yaranıb. Sakinlərin sözlərinə görə, son günlər sürüşmə prosesi sürətlənib.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Belə ki, bir neçə gün əvvəl hasarlar arasındakı məsafə 15-20 santimetr olduğu halda, hazırda bu məsafə 2-3 metrə çatıb. Sürüşmə təhlükəsi səbəbindən sakinlərdən biri evini tərk etmək məcburiyyətində qalıb.
Ərazidəki bir neçə fərdi yaşayış evinin həyətində də oxşar vəziyyət müşahidə olunur. Sürüşmə zonasının aşağı hissəsində uşaq bağçası, digər yaşayış evləri və magistral yol yerləşir. Bu da ərazidə təhlükəsizliklə bağlı narahatlıqları artırır.
Qeyd edək ki, Badamdar qəsəbəsində torpaq sürüşməsi ilə bağlı 2018, 2019, 2021-ci illərdə, eləcə də 2026-cı ilin fevralında məlumatlar yayılıb.
Sakinlər ərazidəki torpaq qatının yumşaq süxurlardan ibarət olduğunu, yeraltı suların isə sürüşmə prosesinə təsir göstərə biləcəyini iddia edirlər. Onların sözlərinə görə, son günlər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və müvafiq tapşırıqlar veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Noyabr 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















