Icma.az
close
up
RU
Azərbaycanda referendum müzakirələri: Konstitusiyada nələr DƏYİŞƏ BİLƏR...

Azərbaycanda referendum müzakirələri: Konstitusiyada nələr DƏYİŞƏ BİLƏR...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb. Sərəncam 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alınaraq qəbul edilib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi yeni konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanıb. Komissiya sədrlə birlikdə 35 nəfərdən ibarət idi. Komissiyada təmsil olunan şəxslər hökumət rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri idi.

1995-ci ilin noyabr ayının 12-də parlament seçkiləri ilə eyni gündə keçirilən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.

Konstitusiyanın qəbulundan sonra 2002, 2009 və 2016-cı illərdə əsas qanuna bir sıra dəyişikliklər edilib.

Modern.az-ın məlumatına görə, bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanda yenidən referendumla bağlı müzakirələri qızışdırıb. Bəzi ekspertlər hakimiyyətin konstitusiya dəyişikliyinə hazırlaşdığını iddia edir.

Qeyd edək ki, konstitusiyaya dəyişikliklər Vətən müharibəsində qazanılan qələbədən sonra zaman-zaman gündəmə gəlib. Hətta parlamentdə də bu barədə fikirlər səsləndirilib.

Bildirilir ki, qələbədən sonra regionda yaranan yeni vəziyyət, azad edilən ərazilərdə yeni idarəçilik sisteminin (xüsusi nümayəndələr) yaradılması, həmçinin parlamentdə deputatların sayının əhali sayının artmasına adekvat olmaması və digər səbəblər konstitusiya dəyişikliklərini şərtləndirir.

Əvvəllər konstitusiyada dəyişdirilməsi müzakirə edilən məsələləri təqdim edirik:

Deputatların sayının artırılması

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Bəzi ekspertlər və siyasətçilər bildirir ki, 1995-ci ildən bu yana ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. Buna görə, zaman-zaman bəzi siyasətçilər parlamentin deputatlarının sayının artırılmasını təklif ediblər.

Deputatların sayının 150, 175 və ya 200-ə çatdırılması təklif edilir. 1995-ci illə müqayisə apardıqda deyə bilərik ki, Milli Məclis üzvlərinin sayı ən azı 150-yə çatdırılmalıdır. Bununla ən azı 1995-ci ildəki təmsilçilik nisbətini əldə etmək mümkündür.

Qarışıq seçki sisteminə keçid

Azərbaycan Konstitusiyasında dəyişməsi gözlənilən məsələlərdən biri də qarışıq seçki sisteminə keçiddir. Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib.

Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir. Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var. Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır.

Türkiyə daxil olmaqla bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.

İcra hakimiyyətlərinin ləğvi

Azad edilən ərazilərdə prezidentin xüsusi nümayəndəlik institutunun yaradılmasından sonra Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Yeni yaradılan qurumun tətbiqi uğurlu nəticə verərsə, ölkənin digər ərazilərində də prezidentin xüsusi nümayəndəliyi yaradıla bilər.

Nazirlər Kabinetinin ləğvi

Bəzi ekspertlər iddia edir ki, Konstitusiyada Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentindir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Bir neçə il əvvəl parlamentin deputatı Erkin Qədirli bildirib ki, Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi).

İkipalatalı parlament

Bəzi ölkələrin qanunverici orqanları yuxarı və aşağı olmaqla iki palatadan ibarət olur. Parlamentin palataları tərkibinə, formalaşma qaydasına, səlahiyyətlərinə görə fərqlənir. Adətən qanunlar əvvəlcə aşağı palata tərəfindən qəbul edilir, sonra təsdiq üçün yuxarı palataya təqdim olunur. Yuxarı palata üzvlərinin adətən qanun layihəsinə dəyişiklik etmək hüququ yoxdur, onların vəzifəsi qanunu qəbul və ya rədd etməkdir.

Praktikada bu qayda aşağı palatanın daha güclü olmasına səbəb olur, çünki hər bir qanun layihəsinin formalaşması məhz aşağı palatada baş verir. Bundan əlavə, hökumət adətən aşağı palataya hesabat verir. ABŞ-da Senat və ABŞ Nümayəndələr Palatası, Böyük Britaniyada İcmalar Palatası və Lordlar Palatası, Rusiyada Dövlət Duması və Federasiya Şurası, Almaniyada Bundestaq və Bundesrat adlı ikipalatlı parlament mövcuddur.

Azərbaycanda ikipalatalı parlament aktual olmasa da, müxtəlif vaxtlarda gündəmə gətirilib.

Naxçıvanın muxtariyyətinin ləğvi

Zaman-zaman konstitusiyada müzakirə edilən məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin ləğv edilməsi məsələsidir. Sözügedən zərurətin Vətən müharibəsindən sonra daha aktual olduğu iddia edilir.

Qeyd olunan məsələlərdən başqa konstitusiyada bir sıra texniki dəyişikliklər də mümkündür. Ancaq hələlik Azərbaycan hakimiyyəti referendum planlarının olub-olmadığını açıqlamayıb…

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri