Icma.az
close
up
RU
Azərbaycanda regionun ƏN BÖYÜK LAYİHƏSİ: İri batareya saxlanc sistemləri enerji şəbəkəsinə qoşulacaq

Azərbaycanda regionun ƏN BÖYÜK LAYİHƏSİ: İri batareya saxlanc sistemləri enerji şəbəkəsinə qoşulacaq

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur

"Azərbaycanda gücü təxminən 250 meqavat, saxlama həcmi isə 500 meqavat/saat olan batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya edilir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "AzərEnerji" ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, Cənubi Qafqaz regionu üzrə bu miqyasda ilk belə layihədir.

Y.Qarayev vurğulayıb ki, akkumulyator batareyası tipli saxlanc sistemləri bərpaolunan enerji mənbələrinin effektiv və təhlükəsiz şəkildə idarə olunması üçün əsas şərtlərdən biridir:

"Bərpaolunan enerjini enerji sisteminə inteqrasiya edib onu təhlükəsiz şəkildə idarə etmək üçün iki əsas amil vacibdir. Birincisi, enerji sisteminin qonşu ölkələrin enerji sistemləri ilə güclü inteqrasiyası və rabitəsinin olmasıdır. Belə olduqda, saxlanc sistemlərinə ehtiyac azalır. Lakin Azərbaycanın enerji sistemi bu baxımdan məhdud imkanlara malikdir. Bu səbəbdən, ölkə üzrə 2 giqavatlıq bərpaolunan enerji gücünün idarə olunması məqsədilə gücü 250 meqavat, saxlama həcmi 500 meqavat/saat olan batareya saxlanc sistemləri enerji sisteminə inteqrasiya edilir", - deyə Y. Qarayev bildirib.

O əlavə edib ki, bu sistemin 2025-ci ilin sonunadək şəbəkəyə qoşulması nəzərdə tutulur.

"Belə böyük həcmdə enerji saxlanc sistemi indiyədək nə Cənubi Qafqaz ölkələrində, nə də Türkiyə və Rusiyanın enerji şəbəkələrində tətbiq olunmayıb. Bu layihə regionda ilk və ən irihəcmli enerji saxlanc sistemi olacaq", - deyə "AzərEnerji" ASC-nin rəsmisi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri