Icma.az
close
up
RU
Azərbaycanda rejissor məcburdur ki, qapı qapı gəzib pul axtarsın Ülviyyə Əliyeva

Azərbaycanda rejissor məcburdur ki, qapı qapı gəzib pul axtarsın Ülviyyə Əliyeva

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bizdə yaxşı yazarlar var, yoxdur desəm günaha bataram. Amma onların da sənətinə uyğun, peşəsinə uyğun qiymət verən yoxdur. İnsan özünə, qələminə güvənir və bir qiymət qoyur. Ona da o pulu vermirlər. Sonda hər şey gəlir yenə də maddiyyata dayanır. Türkiyəli aktyorlara verilən qonarar bizə verilsə, biz xariqələr yaradarıq". 

Bunu AZXEBER.COM-a açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib.

Aktrisa seriallar çəkilən zaman rejissorların üzləşdiyi çətinliklərdən danışıb:

"Azərbaycanda komediya janrında çəkilən ilk film Elməddin Cəfərovun təşəbbüsü ilə "Qonşular" serialı olub. İlklərdə hər zaman mən olmuşam və biz seriala başlayanda, nə olur, necə olur bilmirdik. O serialı ilk dəfə bilməyə-bilməyə, qaranlıqda axtara-axtara özümüz öyrənmişik. Sanki bizi yerə atıblar, deyiblər gəzməyi öyrənin. Elə ən uzunömürlü seriallar deyərdim ki, Elməddin Cəfərovun ərsəyə gətirdiyi seriallar olub. Bu gün həmin seriallarda çox inkişaf var. Nədən şikayət edim? Elməddinin komandası çox qəşəng ssenari yazır. Çünki yüzlərlə yaxşı aktyor da olsa, serialı rejissor yaşadır. Ondan sonra gələn isə ssenaristdir. Nə qədər pəşəkar aktyor olur-olsun, əgər ssenaridə oynamalı bir şey yoxdursa, yüzlərlə "Oskar" alan aktyor gəlsin onu oynaya bilməyəcək, improvizə edə bilməyəcək".

Ülviyyə Əliyevanın sözlərinə görə yaxşı ssenari yazmaq üçün çox pul tələb olunur:

"Bu gün bir şeyə təəssüf edirəm. Bizdə yaxşı yazarlar var, yoxdur desəm günaha bataram. Amma onların da sənətinə uyğun, peşəsinə uyğun qiymət verən yoxdur. İnsan özünə, qələminə güvənir və bir qiymət qoyur. Ona da o pulu vermirlər. Sonda hər şey gəlir yenə də maddiyyata dayanır. Və rejissor da təbii ki, istəyir yaxşı ssenaristlə işləsin. Lakin onun dediyi məbləği ödəyə bilmir. Ona görə də məcburdur ki, bir az zəif ssenaritsə müraciət etsin ki, əlində büdcə qalsın.

Bir var ki, istehsalçı kanaldır və deyir, gət, çək, gətir, hər şey mənlikdir pulunu da ödəyir. Sən də istədiyin kimi, iş ortaya qoya bilirsən. 

Bir də var ki, bütün komanda sponsordan asılı olur. Sponsor da durub bu gün 100 min pul vermir ki, get serialını çək. Rejissor məcbur olur 5 min oradan, 3 min oradan, 2 min oradan qapı-qapı pul axtarır. Sonra da qınayırıq ki, yaxşı serial, yaxşı film yoxdur. O filmi ortaya çıxartmaq üçün biz yaradıcı insanlar imkanlı insanlardan asılı oluruq.

Bu gün bir serial çəkmək istəyən yaradıcı insan məcbur olur kiməsə ağız açsın, çünki onun pulu yoxdur. O, yaradıcı insandır, biznesmen deyil. Məcbur olur qapılar döyür. Bununla nə düzəldi? Türkiyədə baxın necə seriallar çəkilir? İnanın Türkiyədə seriala çəkilən aktyorların qonararını bizə versinlər, görün biz nələr yaradarıq. Bizim aktyorlat türk aktyorlardan qat-qat güclüdür. Çünki bizim aktyor məktəbimiz daha güclüdür, köklüdür. Yəni, sovet vaxtından qalan o məktəb var. Bizim tamaşaçıya nəyisə bəyəndirmək çox çətindir. Nəyə görə? Ona görə ki, bizim tamaşaçı hər şeyi o qədər görüb ki, bu gün onları təcrübləndirmək mümkün deyil".

Aysel Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri