Azərbaycanda reket jurnalist saxlanıldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polis əməkdaşları tərəfindən tamah məqsədilə şantaj xarakterli, həqiqətə uyğun olmayan məlumatların qərəzli şəkildə yayılmasına qarşı tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlər əsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhəri ərazisində saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, o, müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.
Baxış sayı:125
Bu xəbər 25 Fevral 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















