Azərbaycanda rüşvət və korrupsiyaya qarşı yeni standart hazırlanır
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” standartının yenilənməsi istiqamətində işlərə başlayıb.
Bu sözləri Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə “Standartın rolu və əhəmiyyəti” mövzusunda keçirilən seminarda çıxış edərək deyib.
Onun sözlərinə görə, AZSTAND-ın əməkdaşları artıq bu standartın 2025-ci ildə qüvvəyə minəcək yeni versiyasını hazırlayıb və aidiyyəti üzrə təqdim ediblər.
“Hazırda sənəd texniki komitədə müzakirə mərhələsindədir. Standartların qəbul prosesi müəyyən prosedurlar əsasında həyata keçirilir. Texniki komitə ilkin razılıq verdikdən sonra təqdim edilən sənədlər ekspertiza mərhələsinə daxil edilir. Ekspertiza başa çatdıqdan və rəy verildikdən sonra standart rəsmi şəkildə qəbul olunur. Hazırda qüvvədə olan versiya standartın əvvəlki köhnə variantıdır. Yeni versiyanın qəbulundan sonra bu sənəd qüvvədən düşəcək və 2025-ci il versiyası hüquqi qüvvə qazanacaq”, – deyə Kəmalə Məmmədzadə qeyd edib.
Paylaş
Baxış sayı:86
Bu xəbər 24 İyun 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















