Azərbaycanda satılan kartofda normadan 4 dəfə çox nitrat aşkarlanıb? VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Azərbaycanda satılan kartofun tərkibində normadan artıq nitrat olduğu iddia edilir.
"Bakupost" xəbər verir ki, vətəndaş bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, aldığı kartofu xüsusi cihazla yoxladığını və nəticənin 1100 olduğunu bildirib. Vətəndaşın sözlərinə görə, normanın 250 olduğu halda, ölçmə zamanı qeydə alınan göstərici bu həddi 4 dəfədən çox üstələyib.
Qeyd edək ki, nitratlar əsasən kənd təsərrüfatında gübrələrin hazırlanmasında, qida sənayesində bəzi ət məhsullarının qorunmasında və müxtəlif sənaye sahələrində istifadə olunur. Lakin onun yüksək miqdarı insan sağlamlığına mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı "Bakupost"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illər ərzində bazarlarda və digər satış məntəqələrində aparılan monitorinqlər zamanı kənd təsərrüfatı məhsullarında nitratların miqdarının tədricən azaldığı müşahidə olunub:

"Əvvəllər qarpızda, yemişdə, kartofda və digər məhsullarda nitratların miqdarı yüksək olurdu. Lakin bu göstərici tədricən azalır. Bunun əsas səbəblərindən biri gübrələrin bahalaşmasıdır. Digər tərəfdən, Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlərin də bu prosesdə rolu var".
Birlik sədrinin sözlərinə görə, məhsullarda nitratın miqdarı üçün müəyyən normalar olsa da, insanın hansı miqdarda nitrat qəbul etdikdə zəhərlənə biləcəyi məsələsi ayrıca nəzərə alınmalıdır:
"Nitratların miqdarı ilə insanın zəhərlənməsi arasındakı əlaqəni müəyyən edən konkret həddi, demək olar ki, heç bir ədəbiyyatda tapa bilməzsiniz. Müəyyən məhsullar üçün normalar müəyyənləşdirilir. Məsələn, qarpızın bir kiloqramında nitratın miqdarı 60 milliqram olmalıdır. Bəs zəhərlənmə həddi? Bu məlumatı tapmaq mümkün deyil. Məsələn, insan gün ərzində altı kiloqram belə qarpız yeyərsə, ümumilikdə 360 milliqram nitrat qəbul etmiş olar və zəhərlənər. Yəni məhsulda nitratın miqdarının normaya uyğun olması onun istənilən miqdarda istehlakının təhlükəsiz olduğu demək deyil. Əgər çox qəbul edilərsə, doza həddi aşılar. Bir daha vurğulayıram ki, nitratlarla zəhərlənmə həddi barədə məlumatı ədəbiyyatda tapmaq çox çətindir. Bu daim gizlədilir".
E.Hüseynov deyir ki, bəzi hallarda məhsulun tərkibində nitratın yüksək olması yalnız gübrə istifadəsi ilə bağlı olmaya bilər:
"Əhali bilməlidir ki, qarpız, kartof, yemiş, pomidor və digər kənd təsərrüfatı məhsullar əvvəllər yonca əkilmiş sahələrdə becərildikdə onların tərkibində nitratların miqdarı arta bilər. Yonca torpaqda azotun toplanmasına təsir göstərir. Nəticədə həmin sahədə növbəti il becərilən kənd təsərrüfatı məhsulları gübrə verilməsə belə, torpaqdan yüksək miqdarda azot mənimsəyə bilər. Bu amillər də nəzərə alınmalıdır.Ona görə də kəndliləri hər zaman günahlandırmaq olmaz ki, guya məhsula normadan artıq gübrə veriblər. Gübrələr bahadır və fermerlərin bir qismi onları almaqda çətinlik çəkir. Ola bilsin ki, fermer daha yaxşı məhsuldarlıq əldə etmək üçün əvvəllər yonca əkilmiş sahədə növbəti il başqa bitki becərir. Bu zaman torpağın xüsusiyyətləri də məhsulun tərkibində nitratların miqdarına təsir göstərə bilər.Bütün bu məsələlərlə bağlı əhalini Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi maarifləndirməlidir".
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















