Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənib

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanması Qaydası təsdiqlənib.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Yeni Qaydanın təsdiqi ilə əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli qərarı ləğv edilib.

Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Beləliklə, bu Qaydanın məqsədi sektorlar üzrə strateji planların hazırlanması prosesinin əsas mərhələlərini, həmin planların strukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqi müəyyən etməkdir. Sektor üzrə strateji plan strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanan sektor üzrə ortamüddətli strateji siyasətdən və sektor üzrə icmallaşdırılmış büdcə planından ibarətdir. Strateji təhlildə ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilir. Risk təhlilində sektor üzrə aparıcı qurum tərəfindən sektor qarşısında ortamüddətli dövrdə yarana biləcək, habelə sektor üzrə ortamüddətli hədəflərə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklər müəyyən edilir və onların qarşısının alınması (mitiqasiyası) və ya həmin təsirlərə uyğunlaşmanın (adaptasiyanın) təmin edilməsi üçün zəruri olan tədbirlər əks olunur. Strateji və risk təhlillərinin nəticələri əsasında sektor üzrə aparıcı qurum tərəfindən hazırlanan sektor üzrə ortamüddətli strateji siyasət Azərbaycan Respublikası Prezidentinin aktları ilə təsdiq edilmiş sənədlərdə göstərilən qısa, orta və uzunmüddətli hədəflər, milli prioritetlər və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası, eləcə də ortamüddətli büdcə çərçivəsi nəzərə alınmaqla müəyyən edilmiş sektor üzrə ortamüddətli strateji məqsəd və hədəfləri, həmin məqsəd və hədəflərə nail olmaq üçün ortamüddətli dövrdə həyata keçiriləcək proqramların (o cümlədən altproqramların) və tədbirlərin istiqamətlərini, həmin proqramlar üzrə ortamüddətli dövrün hər ilinin sonuna gözlənilən nəticələri, habelə sektorda fəaliyyəti olan təşkilatlara aparıcı qurumun tövsiyələrini özündə əks etdirir. Sektor üzrə icmallaşdırılmış büdcə planı sektorda fəaliyyəti olan təşkilatların (o cümlədən aparıcı qurumun) icrasına məsul olduqları tədbirləri (layihələri), onların nəticə göstəricilərini və həmin göstəricilərə uyğun ortamüddətli dövr üzrə hər ilin sonunda əldə edilməsi hədəflənən nəticələri, habelə tədbirlərin (layihələrin) təsnifləşdirildiyi proqramları (o cümlədən altproqramları) ehtiva edir.

Sektor üzrə aparıcı qurum strateji və risk təhlilləri əsasında sektor üzrə ortamüddətli strateji siyasətini, o cümlədən investisiyayönümlü layihələrə dair təkliflərini hazırlayır və İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla cari il mayın 1-dək həmin sektorda fəaliyyəti olan təşkilatları məlumatlandırır, yaxud öz rəsmi internet səhifəsində dərc edir. Qaydada qeyd olunan strateji sənədlərdə və ya sosial-iqtisadi inkişaf konsepsiyasında dəyişiklik olduğu hallarda sektor üzrə aparıcı qurum sektor üzrə ortamüddətli strateji siyasətində dəyişikliklər edir. Sektorda fəaliyyəti olan təşkilatlar həmin sektor üzrə ortamüddətli strateji siyasət nəzərə alınmaqla icrasına məsul olduqları büdcə planlarını Maliyyə Nazirliyinin “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ına uyğun tərtib edərək cari il iyulun 1-dək sektor üzrə aparıcı quruma təqdim edirlər. Sektorda fəaliyyəti olan təşkilatlar (sektor üzrə aparıcı qurum daxil olmaqla) sektor üzrə həyata keçirilən proqramlara dair ortamüddətli dövr üçün müəyyən edilmiş strateji məqsəd və hədəflərə, o cümlədən altproqramlar üzrə müəyyən edildiyi təqdirdə aralıq hədəflərə nail olunması üçün Təlimata uyğun olaraq icrasına məsul olduqları tədbirlərin (layihələrin) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərə dair büdcə (o cümlədən yeni siyasət təşəbbüsləri üzrə) sifarişlərini maliyyələşmə mənbələri göstərilməklə hazırlayır, habelə tədbirlərin nəticələrini ölçməyə imkan verən nəticə göstəricilərini müəyyən etməklə hər il üçün əldə olunması hədəflənən nəticələri öz büdcə planlarında qeyd edirlər. Sektor üzrə aparıcı qurum həmin sektorda fəaliyyəti olan təşkilatlar tərəfindən Təlimata uyğun hazırlanmış və təqdim olunmuş büdcə planlarını icmallaşdıraraq bu Qaydaya uyğun sektor üzrə strateji planı tərtib edir və cari il avqustun 1-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim edir.

Sektor üzrə strateji planda sektor üzrə aparıcı qurum tərəfindən müəyyən edilmiş hər bir proqram (o cümlədən altproqram) müəyyən tədbir və layihələrdən ibarət olan büdcə planı əsasında həyata keçirilir. Büdcə planı çərçivəsində icra olunan tədbir və layihələr üzrə nəticə göstəriciləri ölçülə bilən və real vəziyyəti əks etdirən meyarlar əsasında müəyyən edilir və müvafiq proqram (altproqram) üzrə müəyyən edilən strateji məqsədə və ya hədəfə (aralıq hədəfə) nail olunmasını təmin edir.

Cari il üçün təsdiq edilmiş büdcə ayırmaları həddində büdcə təsnifatına uyğun dövlət büdcəsinin xərcləri arasında yerdəyişmə və ya cari ilin dövlət büdcəsinə, habelə müvafiq sektorun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında dəyişikliklər edildikdə, həmçinin sektor daxilində büdcə vəsaitinin tədbirlər (layihələr) arasında yerdəyişməsi baş verdikdə, eləcə də sektorun ehtiyat vəsaitindən və ya dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarının vəsaitlərindən tədbirlərin (layihələrin) icrası üçün əlavə büdcə vəsaitləri ayrıldıqda, sektor üzrə aparıcı qurum sektorda fəaliyyəti olan təşkilatların rəyləri nəzərə alınmaqla və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla sektor üzrə strateji plana müvafiq dəyişikliklər edir. Maliyyə Nazirliyi müvafiq sektorlarda fəaliyyəti olan təşkilatlardan, o cümlədən sektorlar üzrə aparıcı qurumlardan əlavə məlumat, sənəd və izahatlar da tələb edə bilər.

Maliyyə Nazirliyi sektorlar üzrə strateji planları cari il sentyabrın 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək İqtisadi Şuranın təklif və tövsiyələri nəzərə alınmaqla Nazirlər Kabinetinə təqdim edir.

Monitorinq və hesabatlılığın əsas məqsədləri sektorlar üzrə strateji planların icrası üzrə hesabatın və büdcə planlarının monitorinqinin nəticələrinin hazırlanması və təqdim edilməsi, habelə sektorlar üzrə strateji planlara daxil olan proqramların (altproqramların) həyata keçirilməsi və tədbirlərin (layihələrin) icrasında yaranmış problemləri, o cümlədən gözlənilən nəticələrə və ya hədəflərə (aralıq hədəflərə) nail olunmamasının səbəblərini təhlil etmək, onların həlli üçün zəruri tədbirlər görmək və tövsiyələr verməkdən ibarətdir. Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plana daxil olan proqramlara (altproqramlara) dair müəyyən edilən məqsəd və hədəflərə (o cümlədən aralıq hədəflərə) nail olunmasına məsuldur və bu məqsədlə sektorda fəaliyyəti olan təşkilatların büdcə planlarının icrasına nəzarət edir. Sektor üzrə aparıcı qurum bu Qaydada göstərilən tələblər yerinə yetirilmədiyi hallarda sektorda fəaliyyəti olan təşkilatlara aşkar edilmiş nöqsanların aradan qaldırılması, eləcə də fəaliyyətin sektor üzrə ortamüddətli strateji siyasətə uyğun təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verə bilər. Sektorda fəaliyyəti olan təşkilat (sektor üzrə aparıcı qurum daxil olmaqla) hazırladığı sektor üzrə büdcə planına daxil olan tədbirlərin (layihələrin) icrasına, həmin tədbirlər (layihələr) üzrə müəyyən edilmiş nəticə göstəricilərinə uyğun ortamüddətli dövrdə əldə edilməsi hədəflənən nəticələrə nail olunmasına məsuldur. Sektorda fəaliyyəti olan təşkilat büdcə planının ötən il üzrə icrası barədə məlumatları Təlimatla müəyyən edilmiş qaydada cari il martın 1-dək həmin sektor üzrə aparıcı quruma təqdim edir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plan çərçivəsində ötən il ərzində həyata keçirilən proqramlara (altproqramlara) dair müəyyən edilmiş hədəflərə (aralıq hədəflərə) nailolma səviyyəsini əks etdirən məlumatları İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə, sektor üzrə icmallaşdırılmış büdcə planının ötən il üzrə icrası barədə məlumatları isə Təlimatla müəyyən edilmiş qaydada Maliyyə Nazirliyinə cari il aprelin 1-dək təqdim edir. Maliyyə Nazirliyi tərəfindən sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının ötən il icrasının monitorinqi aparılan zaman, habelə bu Qaydanın 3.5-ci bəndində göstərilən tələblərin yerinə yetirilmədiyi və bu Qaydada göstərilənlər təmin olunmadığı hallarda aidiyyəti təşkilat tərəfindən əsaslandırıcı və izahedici sənədlər sorğuya əsasən Maliyyə Nazirliyinə təqdim edilir. Sektor üzrə aparıcı qurum sektor üzrə strateji planın ötən il üzrə icrası barədə hesabatı Təlimatla müəyyən edilmiş qaydada cari il iyulun 15-dək İqtisadi Şuraya, iyulun 30- dək İqtisadi Şuranın təklif və tövsiyələri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir və cari il avqustun 15-dək öz rəsmi internet səhifəsində dərc edir.

Maliyyə Nazirliyi sektor üzrə icmallaşdırılmış büdcə planının ötən il icrası üzrə monitorinq nəticələrini (müvafiq sektorda fəaliyyəti olan təşkilatlara, o cümlədən aparıcı quruma tövsiyələri ilə birlikdə) cari il iyulun 15-dək İqtisadi Şuraya, iyulun 30-dək İqtisadi Şuranın təklif və tövsiyələri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir və cari il avqustun 15-dək öz rəsmi internet səhifəsində dərc edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri