Icma.az
close
up
RU
Qışa doğru mal əti bahalaşacaq İqtisadçı ekspert

Qışa doğru mal əti bahalaşacaq İqtisadçı ekspert

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gözlənilən odur ki, ilin sonuna qədər ətin qiyməti ən azı 20 faiz arta bilər


Qış aylarına doğru Azərbaycanda əsas strateji ərzaq məhsulu olan mal əti bahalaşa bilər. Hər il azalmaqda olan örüş yerləri iribuynuzlu maldarlıq təsərrüfatlarının sayına ciddi mənfi təsir göstərir. Lakin bahalaşmaya səbəb olacaq daha vacib amil yem xərclərinin artmasıdır. Statistik məlumatlara görə, son üç ildə heyvan yemlərinin qiyməti təxminən 80  artıb. Bu da ətin maya dəyərinə ciddi təsir göstərir.


İqtisadçı-ekspert Razi Abbasbəyli də “Şərq”ə açıqlamasında Azərbaycan ərazisində maldarlıq təsərrüfatlarına yem tədarükü baxımından əkilən sahələrin həcminin də kəskin azaldığını deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 386 000 hektar sahədə yonca bitkisi becərilir:

 “Ölkə üzrə əkinə yararlı torpaqların ümumi sahəsi təxminən 1,820,000 hektar təşkil edir. Müqayisə etsək, aydın görünür ki, maldarlıq təsərrüfatlarının təminatı üçün bu qədər yemlik əkin sahəsi nə qədər azdır. Düzdür, təkcə yonca ilə maldarlıq təsərrüfatlarının təminatı həyata keçirilmir. Ölkə səviyyəsində yem bitkilərinə ayrılmış əkin sahəsi təxminən 394 min hektardır. Bura isə təkcə maldarlıq deyil, quşçuluq və digər heyvandarlıq təsərrüfatları, o cümlədən də insanların istehlak məqsədilə tədarük edilən bitkilər də daxildir. Nəticə etibarilə də yerli tədarük daxildə maldarlıq təsərrüfatlarının yem təminatını qarşılamır. Və ciddi azalma da var. Məsələn, 2023-cü ildə ölkədə 2 505 100 baş iribuynuzlu heyvan var idisə, 2024-cü ildə bu rəqəm 2 460 000 başa qədər azalıb. Yəni 2023-cü illə müqayisədə 2024-cü ildə 45 100 baş iribuynuzlu heyvan azalıb. Əgər bu rəqəmi 2020-ci illə müqayisə etsək, o zaman ortaya daha dəhşətli rəqəmlər çıxır. 2020-ci ildə iribuynuzlu maldarlıq üzrə say 2 647,9 min baş təşkil edib. Və budur, 2020-ci ildən 2024-cü ilə qədər Azərbaycanda iribuynuzlu heyvanların sayı 187 min 900 baş azalıb.

Başqa bir məqam da var. Xırdabuynuzlu maldarlıq təsərrüatlarında da azalma var. Və eyni zamanda kəsim də azalıb. Dövlət Statistika Komitəsinə görə, vətəndaş təsərrüfatlarında say azalsa da, kəsim həcmi düşüb. 2016–2017-ci illərdə xırdabuynuzlu heyvan sayı 8,7 milyon olub, 2024-cü ildə bu rəqəm 7,7–7,8 milyon səviyyəsinə enib. Azalma 1 milyon baş! Ətin bahalaşacağını şərtləndirən başqa bir amil də idxal edilən yem, yem əlavələri, dərman və s. komponentlərin qiymətinin qlobal bazarda artmasıdır. Bahalaşma yerli istehsalın maya dəyərini artırır. Nəzərə alsaq ki, ölkənin maldarlıq təsərrüfatları istehlakının təxminən 15 faizini idxal yolu ilə təmin edir və son 6 ayda idxal qiymətlərində 20 faiz artım qeydə alınıb, bu zaman ətin bahalaşacağı da qaçılmazdır. Hazırda sümüklü mal əti 1 kq üçün 15–16 AZN civarındadır. Və unutmayaq ki, predikiyaya görə qiymətlər 11–12 AZN-dən artaraq bu səviyyəyə çatıb. Gözlənilən odur ki, ilin sonuna qədər ən azı 20, ən çoxu 50 faiz bahalaşma ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri