Azərbaycanda ŞOK: gəlinini döyən qayınata cərimələndi
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdərədə qayınata gəlinini döyüb.
Lent.az xəbər verir ki, hadisə Vəngli kəndində qeydə alınıb.
56 yaşlı Şahverdi İmanov (şərti adla) Vəngli kəndinə köçən oğlunun evinə qonaq gəlib. Burada olarkən oğlu ilə gəlini arasında sözlü mübahisə yaranıb. Şahverdi İmanov da onların mübahisəsinə müdaxilə edərək, gəlininə sillə vurub.
Zərərçəkənin şikayəti əsasında İmanov saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
Ş. İmanov ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, gəlini ilə barışmağa çalışsa da, bu, mümkün olmayıb.
28 yaşlı zərərçəkən qadın da həmçinin qayınatası ilə barışmadığını və şikayətini geri götürməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə Ş. İmanov 400 manat məbləğində inzibati qaydada cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















