UEFA matçları Xankəndi stadionunda keçirilə bilər Nazirdən maraqlı açıqlama
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Xankəndi şəhər stadionunda UEFA turnirlərinin oyunları da keçirilə bilər.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.
O, I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" matçı zamanı fikirlərini bölüşüb:
"Xatırlayırsınızsa, Xankəndi azad edildikdən sonra, 2023-cü il dekabrın 21-də şəhər stadionunda ilk oyun keçirildi. Bu, Azərbaycan Kubokunda "Qarabağ" və MOİK komandaları arasında baş tutan qarşılaşma idi. Daha sonra, ölkə başçısının tapşırığına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu. Bu gün isə biz yenidən ilk oyundayıq. "Xankəndi" komandası debüt matçını doğma arenada keçirir. Təbii ki, bu, hamımız üçün sevindirici haldır. Çoxsaylı azarkeşlərin burada toplaşması çoxdan gözlədiyimiz bir hadisə idi".
F.Qayıbovun sözlərinə görə, I Liqanın digər təmsilçisi MOİK də ev oyunlarını bu stadionda keçirmək qərarına gəlib:
"Gələn ildən etibarən onlar da burada oynayacaqlar. Bildiyiniz kimi, stadion müvafiq UEFA kateqoriyasını almağa hazırdır. Burada beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Çalışacağıq ki, UEFA-dan həmin kateqoriya alındıqdan sonra AFFA-nın da dəstəyi ilə burada nəinki aşağı yaş qrupları üzrə, həm də A milli komandamızın oyunları təşkil olunsun. Həmçinin stadionda UEFA turnirlərinin matçları da keçirilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Noyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















