Icma.az
close
up
RU
Bizi “xaç suyu”na kim saldı?.. Həmidə Nizamiqızı

Bizi “xaç suyu”na kim saldı?.. Həmidə Nizamiqızı

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Həmidə Nizamiqızının “İvan İliçin ölümü” tamaşası haqqında yazdığı "Bizi “xaç suyu”na kim saldı?.." yazısını təqdim edir.

Bəzən teatr səni soyuq duşla ayıldır, bəzən isə ruhunu xaç suyuna salır. Mirzə Nicatın quruluşunda Cavid Zeynallının səhnələşdirdiyi “İvan İliçin ölümü” mənim üçün məhz belə bir teatr təcrübəsi oldu.

Lev Tolstoyun dünya ədəbiyyatının mühüm fəlsəfi-psixoloji əsərlərindən olan “İvan İliçin ölümü” insanın həyat, ölüm, mənəvi tənhalıq və vicdan qarşısında məsuliyyəti ilə bağlı ən ağrılı sualları ortaya qoyur. Əsərin mərkəzində zahirən uğurlu, cəmiyyətdə özünə mövqe qazanmış, qaydasında və təminatlı həyat sürən bir insanın ölüm qarşısında öz həqiqəti ilə üzləşməsi dayanır. İvan İliçin ağır xəstəliyi ilə başlayan daxili sarsıntısı tədricən onun bütün həyatını, seçimlərini, münasibətlərini və dəyərlər sistemini sorğulamasına gətirib çıxarır. Tolstoyun qəhrəmanı ölümün astanasında əslində yaşamadığını, sadəcə cəmiyyətin qəbul etdiyi həyat modelini təkrarladığını dərk etməyə başlayır.

Cavid Zeynallının səhnələşdirməsi bu fəlsəfi məzmunun teatr dramaturgiyasına transformasiyası baxımından maraq doğurur. Yazıçının nəsr təhkiyəsindəki psixoloji qatların səhnə dilinə çevrilməsi, hadisələrin zahiri ardıcıllığından daha çox insanın daxili konfliktinin ön plana çəkilməsi tamaşanın dramaturji əsasını təşkil edir. Burada əsas məsələ ölümün fiziki reallığından çox, insanın öz ömrü ilə bağlı mənəvi hesabatıdır. Ki elə bilirəm içi mən qarışıq o gün o kiçik səhnədə olan hamı eyni ritualı icra edirdi – biz ölümqabağı İvan İliç olmamaq üçün burdayıq...

Əslində, Mirzə Nicatın rejissor üslubuna və yaradıcılıq dəst-xəttinə hələ illər əvvəl Füzuli Teatrında səhnəyə qoyduğu “Nar şirəsi” tamaşası ilə bələd idim deyə bu mənada ona ümidim, özü də İvan İliçin tabuta sığmayan faciəsinə baxışına özünü mühakimədən gedəcəyinə əmindim. Hələ o zaman “Nar şirəsi” bizi necə sıxıb suyumuzu çıxarmışdısa, bu dəfə “İvan İliçin ölümü” ilə sanki hamımızı xaç suyuna saldı. Bir az böyrəyimiz, bir az vicdanımız, bir az da üşüyən əllərimiz ağrıdı...

Bu bənzətmə, bəlkə də, tamaşanın məndə yaratdığı emosional və intellektual təsiri ifadə etmək üçün ən doğru ifadədir.

Mirzə Nicatın rejissor yozumunda diqqəti çəkən əsas cəhət əsərin fəlsəfi yükünün səhnə həllində vizual və emosional ifadə vasitələri ilə gücləndirilməsidir. Ekspressionist estetikanın imkanlarından bəhrələnən quruluşda psixoloji gərginlik, simvolik səhnə dili, işıq və musiqi həlli ümumi rejissor konsepsiyasının tərkib hissəsinə çevrilir. Səhnə məkanı yalnız hadisələrin cərəyan etdiyi fiziki mühit deyil, qəhrəmanın daxili dünyasının, tənhalığının və mənəvi böhranının ifadə vasitəsi kimi çıxış edir: qırmızı pərdə, qaranlığa hakim şamlar, tabut-masa, kürsü-çarparı.

Rejissor tamaşaçını rahat müşahidəçi mövqeyində saxlamır. Əksinə, onu qəhrəmanın daxili konfliktinə yaxınlaşdırır, səhnədəki mənəvi hesablaşmanın iştirakçısına çevirir. Bir az da irəli getsə faktlar sıralayır, bəraət axtarır. Tamaşanın təsir gücü də məhz bu psixoloji yaxınlıqdan, səhnə ilə zal arasında yaranan emosional gərginlikdən qaynaqlanır.

Tamaşanın aktyor ansamblı da çox uğurlu alınmışdı və mənə görə əsas güc mərkəzi də məhz bunda idi: aktyor ansamblının bütövlüyü və ifa mədəniyyətində. Bu məqamda Əməkdar artist Elşən Rüstəmov haqqında xüsusi danışmaq istəyirəm. Özü də lokonik. Tam məsuliyyətimlə deyə bilərəm ki, o, öz aktyor nəslinin ən yaxşı nümayəndəsidir. Bir aktyorun obraz daxilində bu qədər başqalaşması, onun daxili emosional pik nöqtələrində psixoloji çalarlarla şaxələnməsi və bütün bunları səhnədə belə inandırıcı təqdim etməsi böyük sənətkarlıqdır.

Elşən Rüstəmov obrazın psixoloji partiturasını ustalıqla qurur. Onun ifasında ağrı, qorxu, tərəddüd, üsyan, ümidsizlik və mənəvi oyanış bir-birini əvəz edən, lakin vahid obraz xarakterində birləşən emosional vəziyyətlərdir. Aktyorun plastikasında, mimikasında, pauzalarında, səs tembrində və daxili ritmində baş verən dəyişikliklər obrazın mənəvi deqradasiyasını və sonrakı oyanışını daha dərindən duymağa imkan verir. O, sadəcə obrazı oynamır, onun daxili həyatını səhnədə yaşadır. Bu, aktyor sənətində başqalaşmanın, psixoloji transformasiyanın və obrazın daxili həqiqətinə nüfuz etməyin parlaq nümunəsidir.

Səhnədə ilk gördüyümdən içimə ümid toxumları səpən Elsevər Rəhimov (Gerasim) da ansambl daxilində öz ifa üslubu və səhnə davranışı ilə diqqət çəkir. Onun obrazla qurduğu münasibət və tərəf-müqabil oyunundakı təbiilik tamaşanın dramatik xəttinin inkişafına, səhnə münasibətlərinin inandırıcılığına xidmət edir. Ümumiyyətlə, E. Rəhimova çox inanıram. Onun parlaq aktyor gəlcəyi hər dəfə gözümdə bir az da canlanır.

Əməkdar artist Şəlalə Şahvələdqızının (Praskovya) ifası isə tamaşanın emosional palitrasını tamamlayan mühüm komponentlərdəndir. Aktrisa obrazın psixoloji çalarlarını, münasibətlər sistemindəki gərginliyi və daxili vəziyyətini səhnə davranışı ilə ifadə edərək ansamblın ümumi ahənginə qoşulur. ən əsası qadın kimi faciəsində ərinin payını dönə-dönə sillə kimi həm özünün, həm də ərinin üzzünə vurur. Ona üldüyünü nifrətinin lat qatında yaxşı basdırır. Bir an belə olsun bizi İvan İliçə acımağa səsləmir.

Ramin Şıxəliyev isə bir neçə məqamda öz seçiminin nə qədər uğurlu olduğunu göstərdi. Onun səhnə mövcudluğu, ifa manerası və obrazların (səhnədə bir neçə planda – Pyotor İvanoviç, Sokolov, Keşiş, Viktor, Həkim) xarakterinə uyğun davranışı aktyor potensialının daha geniş imkanlarını nümayiş etdirir. Bununla belə, düşünürəm ki, Ramin Şıxəliyevin yaradıcılıq imkanlarından teatrda hələ də yetərincə istifadə olunmur. Onun potensialının daha mürəkkəb, çoxqatlı və psixoloji baxımdan fərqli obrazlarla üzə çıxarılması mümkündür. İnanıram ki, aktyora veriləcək belə yaradıcılıq imkanları onun sənət diapazonunu daha aydın göstərə bilər.

Ümumilikdə, aktyor ansamblının uğuru ayrı-ayrı ifaların mexaniki cəmindən deyil, onların vahid rejissor ideyası ətrafında birləşməsindən qaynaqlanır. Tərəf-müqabil münasibətləri, səhnə ritmi, emosional dinamika və obrazların daxili konfliktləri tamaşanın bütöv bədii strukturunu formalaşdırır.

Tamaşanı izləyərkən gah özümə, gah da qaranlıq zalda ümidsiz gözlərinə bir az da peşmanlığın çökdüyü insanlara baxdım. Sonra alqışlanan aktyorların çöhrəsindəki məmnuniyyətə. Ani olaraq bir düşüncə beynimə hakim kəsildi: ölüm haqqında düşünmək bəs etmir.

Bu mənada, əslində, sual ölümün nə vaxt gələcəyində deyil, insanın həmin ana qədər necə yaşamasındadır. Tolstoyun əsərində ölüm həyatın son nöqtəsi olmaqla yanaşı, yaşanmış ömrün həqiqiliyini yoxlayan mənəvi sınaqdır. Vay halımıza ki, biz bu sınağa heç vaxt hazır olmuruq. Ya da bu, bizə sərf eləmir.

Cavid Zeynallının dramaturji yanaşması və Mirzə Nicatın rejissor yozumu bu klassik mətni müasir teatr düşüncəsi ilə əlaqələndirir. Tamaşanın səhnəqrafiyası, musiqi və işıq partiturası, aktyor ansamblının psixoloji oyunu vahid bədii-estetik konsepsiyaya xidmət edir. Bütün bunlar səhnə əsərini sadəcə ədəbi mətnin illüstrasiyasından çıxararaq müstəqil teatr hadisəsinə çevirir. Beləcə Tolstoyun dili, İvan İliçin həqiqəti və o an orada qəhrəmanın yerinə olmaq istəməyən tamaşaçının dağınıq fikri bir nöqtədə cəmlənir: sən bu həqiqətin əsirisən. Yəni əsl tamaşa sənin içində davam edir. Qalır təzimə necə çıxacağını xəyal etmək.

Təzim demişkən, tamaşanın quruluşu küll halında təzim ilə yaxşı finala çatır. Bu mənada bu səhnə mənə ayrıca tamaşa kimi gəlir bəzən. Amma bəzən. Odur ki, E. Rüstəmov necə dedi: bitdi...

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək "Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Noyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri