Icma.az
close
up
RU
Azərbaycanda SOS: Boşanmaya gedən 4 ailədən 3 ü danışığa razı olmur

Azərbaycanda SOS: Boşanmaya gedən 4 ailədən 3 ü danışığa razı olmur

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mediasiya –mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesdir. 

Mediasiya prosesinin tətbiqi məcburi və ya könüllü ola bilər. Qeyd edək ki, 29 mart 2019-cu ildə ölkə başçısı tərəfindən “Mediasiya haqqında” Qanun təsdiq edilib. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılıb. Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. 

Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Son zamanlar ölkədə mediasiya prosesi ilə bağlı daha çox məlumatlar yayılsa da, əhalinin əksəriyyəti bu sahə ilə yaxından tanış deyil. Halbuki mediasiya bir sıra problemlərin həllində mühüm rol oynayır.

 Ölkəmizdə mediasiyanın hazırkı vəziyyəti ilə bağlı “Cümhuriyət”-in suallarını hüquqşünas-mediator Fərhad Mehdiyev cavablandırıb: 

-Mediasya prosesi bir çox dünya ölkələrində geniş tətbiq olunur. Bu gün ölkəmizdə mediasiya sahəsində vəziyyəti necə dəyərləndirirsiniz? 

-Mediasiya “danışıq” mənasını verir. Yəni, mübahisənin məhkəmədən əvvəl həlli məqsədi daşıyır. İnsanların öz problemini mediator vasitəsilə məhkəmədənkənar həll etmək cəhdini ifadə edir. Mediasiyanın ölkəyə gətirilməsinin səbəblərindən biri də ölkədə mediasiya mədəniyyətini yaymaqdan ibarətdir. 

Bu istiqamətdə işlər aparılır. İnsanlar artıq problemlərini mediasiya vasitəsilə həll etməyə cəhd göstərirlər. Mediasiyaya yönələn mübahisələr əsasən ailə və əmək mübahisələridir. Ailə mübahisələrində söhbət boşanmaqdan gedirsə, daha çox razılaşmalı şəkildə boşanmağa üz tuturlar. Mediasiya mədəniyyətinin yayılmasını sırf mediatorun üzərinə yükləmək doğru olmaz. 

Ona görə də belə bir şərait yaradılıb ki, məhkəmədə hakim tərəflərə mediasiya yolu ilə barışmaq istəyib-istəmədiyini soruşa bilir və mediasiyanı insanlara tövsiyə edir. İnsanlar mediasiyaya bürokratik maneə kimi deyil, bir fürsət kimi baxmalıdırlar. 

Bu imkan verir ki, insanlar çox xərc çəkmədən öz aralarında məsələni danışıqla həll edə bilsinlər. Mediasiya ilə bağlı Mediasiya Şurası müxtəlif tədbirlər keçirir. Məktəblərdə şagirdlərə mediasiya barədə məlumat verir ki, onlar gənc yaşından bu barədə məlumatlı olsunlar.

-Sizin təcrübənizə görə, bu gün daha hansı məsələlərlə bağlı mediasiyaya müraciət olunur?

-Təəssüf ki, bizdə kommersiya işlərində şirkətlər mediasiyaya müraciət etmək istəmirlər. Əvvəllər kommersiya mübahisələrində mediasiyaya gəlmək məcburi idi və 50 faiz müraciətlər barışıqla həll olunurdu. Kommersiya mübahisələrində vəziyyəti çətinləşdirən nə idi? Bankların sahibkarlara verdiyi kreditlərlə bağlı mediasiyaya müraciət edirdilər və onlarda heç vaxt razılaşma olmurdu. 

Çünki mediasiyaya gələnə qədər onsuz da həmin vətəndaş problemli kreditlər şöbəsi ilə görüşüb, razılığa gəlməyib. Yəni, mediatorun heç bir şansı yox idi. Bankların verdiyi sahibkarlıq kreditləri kommersiya sahəsində mediasiyaların uğur göstəricisini kifayət qədər aşağı salırdı. 

Ancaq şirkətlər arasında digər mübahisələrdə isə mediasiyada 50 faiz uğur göstəricisi var idi. Təəssüf ki, kommersiya mübahisələri məcburi mediasiyadan götürüldükdən sonra kommersiya mübahisələri artıq mediasiyaya gəlməməyə başladı. Bu, o qədər yaxşı hal deyil. Çünki Qərb ölkələrinə, məsələn, İngiltərə, Amerikaya baxsaq, orada demək olar ki, kommersiya mübahisələrinin 90 faizi məhkəmədən əvvəl mediasiyanı yoxlayırlar. 

Çünki mediasiya daha az vaxt aparır, xərci də az olur. Nəticədə razılaşmaya da bilərlər. Ancaq bizim şirkətlərdə bunu görmək olmur. Demək, bu sahədə bir təşviqat aparmaq lazımdır. Məsələn, mən bu gün bir məhkəmədə iştirak etmişəm. Siyəzəndə bir fermer toyuq saxlayır. Yem satan şirkətlə mübahisəsi var. Hakim onlara deyir ki, öz aranızda bir razılığa gəlmək haqqında düşünmüsünüzmü? Hakim onları mediasiyaya sövq etməyə çalışır. 

-Belə fikirlər səslənir ki, son vaxtlar mediasiyaya müraciət edənlərin sayı azaldığına görə mediatorların bir çoxu bu sahədə çalışmaq istəmirlər. Bu, nə dərəcədə doğrudur?

-Mən bu fikirlə razılaşmıram. Çünki mediasiyaya müraciət edən vətəndaşların sayı azalmır. Əksinə, ölkədə boşananların sayı artır. Əmək mübahisələrinin sayında nisbət dəyişmir, eynidir. Müraciət edənlərin sayı adətən yayda azalır. Ancaq ölkədə boşanma nisbəti yüksəkdir. Mediatorların sayının azalmasına gəldikdə isə onu qeyd etmək lazımdır ki, bu, sosial işdir. 

Yəni sırf “mediatorluq vasitəsilə mən çox pul qazanacağam” fikri ilə bu sahədə fəaliyyət göstərmək doğru deyil. Çünki əsas pul kommersiya mübahisələrində olur. Bu prosesdə daha çox pul qazana bilərlər. Ancaq ailə, əmək mübahisələri o qədər də ciddi məbləğlərlə hesablanan məsələ deyil. Belə olmadığına görə də mediatorların qazancı o qədər də yüksək olmur. Mediatorların çoxunun profilinə baxanda görmək olur ki, bu sahədə ikinci bir iş kimi çalışırlar. 

-Qeyd edirsiniz ki, ən çox müraciət boşanan ailələrlə bağlı olur. Onların mediasiyaya ödədiyi vəsait nə qədərdir?

-Onu deməkdə çətinlik çəkirəm, çünki statistika tələb edir. Təxminən mediasiyadan arayış almaq üçün 60 manat ödəniş tələb olunur. Bunun 50 manatı dövlət rüsumudur, 10 manatı isə digər xərclərə görə alınır. 

Tərəflər tam danışıqlara getsələr, orada mediasiya təşkilatları adi xidmət haqqı alırlar. O da qeyd edim ki, tərəflərin mediasiyaya getmə nisbətləri 25 faiz civarındadır. Yəni, tərəflərin 75 faizi razılaşmaya getmir. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri