Icma.az
close
up
RU
Azərbaycanda subaylarla bağlı yeni vəziyyət İki cəmiyyət formalaşacaq

Azərbaycanda subaylarla bağlı yeni vəziyyət İki cəmiyyət formalaşacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanda demoqrafik göstəricilər son illərdə ciddi dəyişiklik mərhələsinə qədəm qoyub. Son yarım əsrdə fertillik (nəsilvermə) əmsalının 5,9-dan 1,4-ə enməsi ölkənin gələcək əhali strukturu üçün ciddi siqnaldır. Selektiv abortların artması isə cins balansının pozulmasına və qadınların sayının kişilərdən nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Mütəxəssislərin proqnozlarına görə, 2035–2040-cı illərdə Azərbaycan əhalisinin həm yaş, həm də cins tərkibində kəskin dəyişikliklər baş verəcək.

Bəs bu prosesin sosial və iqtisadi nəticələri nə olacaq? Gender balansının pozulması evlilik institutuna necə təsir edəcək?

Globalinfo.az-a danışan sosioloq Rəşad Əsgərov bildirib ki, Azərbaycanda son vaxtlar əhali artımının azalması bir neçə sosial, iqtisadi və mədəni amillərlə bağlıdır.

Onun fikrincə, əsas səbəblərdən biri nikaha daxil olanların sayının azalması və nikah yaşının yüksəlməsidir:

“Əvvəlki dövrlərlə müqayisədə insanlar daha gec yaşda evlənməyə üstünlük verirlər ki, bu da doğum səviyyəsinə birbaşa təsir edir. İkinci mühüm amil sosial-iqtisadi şəraitlə bağlıdır. Sovet dövründə ailələr çoxuşaqlılığa təşviq edilirdisə, bu gün “keyfiyyətli övlad böyütmək” prinsipi ön plandadır. Nəticədə ailələr bir və ya iki uşağa üstünlük verirlər. Hətta bəzi ailələrdə Avropa təcrübəsinə uyğun olaraq nikahdan 3-5 il sonra ilk uşağın dünyaya gəlməsi müşahidə olunur. Digər vacib məsələ isə çoxuşaqlı ailələri dəstəkləyən dövlət proqramlarının zəifləməsidir. Sovet dövründə “qəhrəman ana” statusu, mənzil və avtomobil təminatı kimi təşviqlər mövcud idi. İndi isə bu dəstək mexanizmlərinin olmaması çoxuşaqlılığa marağı azaldıb. Bununla belə, ucqar dağ rayonlarında çoxuşaqlı ailə modeli hələ də üstünlük təşkil edir”.

Rəşad Əsgərov

Sosioloq həmçinin qloballaşmanın da əhali artımına təsir etdiyini vurğulayıb:

“İnsanların dünyagörüşünün genişlənməsi və digər ölkələrin ailə modelləri ilə tanış olması bir və iki uşaqlı ailələrə marağı artırır. Bu, xüsusilə şəhərlərdə daha qabarıq görünür”.

Rəşad Əsgərov cins balansındakı pozuntulara da diqqət çəkib:

“Patriarxal dəyərlərin güclü olduğu cəmiyyətdə oğlan uşaqlarına üstünlük verilməsi selektiv abortların artmasına səbəb olub. Birinci uşağın qız olması halında, ikinci uşağın da qız olmasını qəbul etməyən ailələr oğlan uşağı üçün tibbi vasitələrdən istifadə etməyə çalışırlar. Lakin regionlarda bu texnologiyaların əlçatan olmaması əlavə problemlər yaradır”.

Ekspert nikah yaşının artmasının demoqrafik vəziyyətə təsirini belə izah edib:

“Əvvəllər insanlar ailə qurarkən maddi imkanları çox nəzərə almırdılar, indi isə gənclər əvvəl təhsil almağa, ixtisas qazanmağa üstünlük verirlər. Həmçinin gənclər ailə üzvləri ilə birgə yaşamaq istəmədikləri üçün mənzil problemi nikahın gecikməsinə səbəb olur. Nəticədə nikah yaşının artması doğum səviyyəsinin azalmasına və əhali artım tempinin zəifləməsinə gətirib çıxarır”.

Sosioloq Yusif Nəbiyev isə vurğulayıb ki, əhalinin sürətlə qocalması yalnız demoqrafik göstərici deyil, həm də sosial sabitlik və iqtisadi davamlılıq üçün ciddi problemlər yaradır:

“Entoni Qiddensin “strukturlaşma nəzəriyyəsi”ndə qeyd etdiyi kimi, cəmiyyətin institutları insan fəaliyyətinin həm nəticəsi, həm də səbəbidir. Doğumun azalması və yaşlıların çoxalması pensiya fonduna əlavə yük gətirməklə yanaşı, ailə münasibətləri, əmək bazarı və sosial müdafiə sistemlərinin yenidən qurulmasını tələb edir. Daha az gənc və daha çox yaşlı əhali dövlət üçün məhsuldarlıqda çətinlik və sosial xərclərdə artım deməkdir”.

Yusif Nəbiyev

Sosioloq gender balansındakı pozuntunun evlilik institutuna təsirinə belə diqqət çəkib:

“Qadınların sayı kişilərdən az olduqda, ailə qurmaq istəyənlərin sayı çox, təklif isə az olur. Bu, evlilik yaşının yüksəlməsinə, bəzi kişilərin subay qalmasına və nəticədə məişət zorakılığı, qeyri-rəsmi münasibətlərin artmasına səbəb ola bilər. Demoqrafiyada buna “nikah sıxılması” deyilir və bir çox Asiya ölkələri bunun ağır nəticələri ilə üzləşir. Bu vəziyyət ənənəvi ailə modelinin gələcəyini sual altında qoyur. Qadınların azlığı onların sosial statusunu yüksəldə bilər, lakin eyni zamanda üzərlərinə düşən təzyiqi də artırır. Bu, iqtisadi güc və ailə daxilində rol bölgülərində dəyişikliklərə gətirib çıxarır”.

Yusif Nəbiyev əlavə edib ki, demoqrafik siyasət dəyişməsə, Azərbaycan yaxın onilliklərdə “qocalan cəmiyyət” və “subay kişilər cəmiyyəti” kimi ikili böhranla üzləşəcək:

“Məsələ təkcə əhalinin azalması deyil, sosial toxumanın güclənməsi və institutların möhkəmlənməsi məsələsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri