Icma.az
close
up
RU
Azərbaycanda superkompüter infrastrukturunun qurulması ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda superkompüter infrastrukturunun qurulması ilə bağlı müzakirələr aparılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, dəyirmi masa İqtisadiyyat Nazirliyi tərəfindən yaradılacaq superkompüter infrastrukturuna dair müəssisələrin ehtiyaclarını müəyyənləşdirmək və qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə təşkil edilib. Tədbirdə süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və yüksək performanslı hesablama sahəsində fəaliyyət göstərən müəssisələr, eləcə də ali məktəb, tədqiqat institutları və texnoloji startapların 50-dən çox mütəxəssisi iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov bildirib ki, superkompüter infrastrukturu yüksək hesablama gücünə tələbatın artdığı bir dövrdə mürəkkəb iqtisadi modellərin qurulması, məlumatların dərindən analizi və süni intellektin tətbiqi sahələrində dayanıqlı və çevik həllər təqdim etmək məqsədilə yaradılır.

Qeyd olunub ki, superkompüterdən Milli Məkan Məlumatları İnfrasturkturunun qurulması, böyük həcmli məlumatların (“Big Data”) yaradılması və təhlili, investisiya qoyuluşlarının modelləşdirilməsi, tədqiqatların aparılmasında və s. istifadə olunması planlaşdırılır. Dövlət qurumları ilə yanaşı, özəl sektorun və vətəndaş cəmiyyətinin bu infrastrukturdan yararlanması nəzərdə tutulub.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov superkompüter infrastrukturunun böyük həcmli məlumatların sürətli emalı, mürəkkəb hesablama və analizlərin aparılması üçün vacib vasitə olduğunu vurğulayıb. Bu infrastrukturun sənayenin rəqəmsallaşması, avtomatlaşdırma və ağıllı istehsal sistemlərinin inkişafına zəmin yaratdığı qeyd olunub.

Tədbirdə superkompüter texnologiyalarının tətbiqi və inkişafı ilə bağlı beynəlxalq təcrübə barədə təqdimat nümayiş olunub. Superkompüter infrastrukturunun texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, superkompüter 1.2 PFLOPS gücündədir. Superkömpüter NVİDİA H200 qrafik çipləri əsasında yığılıb.

Dəyirmi masada iştirak edən mütəxəsəssislər ölkəmizdə superkompüter infrastrukturunun yaradılmasının müsbət adddım olduğunu vurğulayıblar. Bu infrastruktun nəticələrin dəqiq hesablanması, daha sürətli və daha dəqiq iqtisadi proqnozlaşdırma və analiz, qərar qəbuletmədə simulyasiya və əsaslandırılmış arqumentlərə əsaslanmaya imkan verəcəyi bildirilib.

Tədbirdə məlumatların emalı və analitik potensialın artırılmasının önəmi qeyd edilib. Mütəxəssislər ölkədə yüksək hesablama gücünə olan tələbat, texniki ehtiyaclar, infrastrukturdan istifadə və elmi-tədqiqat potensialının gücləndirilməsi kimi mövzularda fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri