Icma.az
close
up
RU
“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi ilə bağlı müzakirələr aparılıb

“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi ilə bağlı müzakirələr aparılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov və institutun bir qrup əməkdaşının iştirakı ilə təlim seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsinə, qarşıda duran vəzifələr və problemlərə dair müzakirələr aparmaq olub.

Seminarda öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edib. Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə əlaqədar olaraq, müvafiq dövlət qurumları və elmi müəssisələrin qarşısına yeni vəzifələr qoyulduğunu, elmin inkişafı sahəsində ardıcıl kompleks islahatların aparılması zərurətinin yarandığını qeyd edib.

İnstitutun baş direktoru bildirib ki, ölkəmizdə fəaliyyət göstərən alim və tədqiqatçılar internetin imkanlarından daha səmərəli istifadə etməli, dünya miqyasında qabaqcıl biliklərdən bəhrələnməlidir. Bu məqsədlə yüksəkkeyfiyyətli məqalələrin yer aldığı “Web of Science” və “Scopus” kimi nüfuzlu elmi məlumat bazalarına girişin təmin olunması çox vacibdir. Bununla yanaşı, alim və mütəxəssislərin elmi əsərləri – monoqrafiyalar, kitablar, jurnallar və digər nəşrlər qlobal elmi ictimaiyyət üçün əlçatan olmalıdır. Alim Elm və Təhsil Nazirliyində bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınaraq müvafiq tədbirlərin görüldüyünü, mütəmadi olaraq təlim seminarlarının təşkil olunduğunu deyib.

Akademik R.Əliquliyev rəqəmsal repozitariyalar layihəsinin müxtəlif elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində mövcud olan elmi biliklərin sistemli şəkildə rəqəmsallaşdırılması, arxivləşdirilməsi, etibarlı qorunması və vahid elmi-intellektual əsərlər ekosisteminin yaradılması baxımından əhəmiyyətini vurğulayıb, İnformasiya Texnologiyaları İnstitutunun da bu istiqamətdə elmi-texnoloji dəstək verməyə hazır olduğunu söyləyib.

Ölkəmizdə rəqəmsal repozitariyaların yaradılması zamanı milli intellektual təhlükəsizliyin təmin olunmasının önəmini vurğulayan AMEA-nın vitse-prezidenti, bu sahədə aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilməsinin, birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən İltifat İbrahimov əvvəlcə elmmetriya sahəsində aparıcı qurumlardan olan “Clarivate Analytics” şirkəti və “Web of Science” elmi bazası haqqında məlumat verib. O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate Analytics” arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycanda “Web of Science Core Collection” bazasına 132 qurumun girişinin təmin olunduğunu söyləyib.

İltifat İbrahimov “Clarivate Analytics”in təqdim etdiyi, elmi təşkilatlar və tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olan bir sıra innovativ həllər, süni intellekt əsaslı alətlər, platforma və məlumat bazaları haqqında da məlumat verib.

Rəqəmsal repozitariya layihəsindən bəhs edən məruzəçi qeyd edib ki, əsas məqsəd bütün növ elmi əsərlərin, dissertasiyaların vahid rəqəmsal platformaya inteqrasiyası, sistemləşdirilməsi, rəqəmsallaşdırılması və onların qlobal elmi ictimaiyyət üçün əlçatanlığının təmin olunmasıdır: “Bu da milli intellektual irsin qorunması, ölkənin elmi potensialının qiymətləndirilməsi, o cümlədən beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

Sonra institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə çıxış edərək “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, layihənin əsas üstünlükləri elmi-mədəni irsin vahid bazada toplanması, data-əsaslı qərarvermə prosesinin təşkilinə dəstək, müəlliflərin, nəşrlərin və elmi işlərin beynəlxalq əlçatanlığının artırılmasıdır. Əsas məqsəd isə ölkənin elmi-mədəni irsinin uzunmüddətli saxlanmasını və mühafizəsini təmin etmək, dissertasiyaları açıq və əlçatan etməklə plagiat və təkrarçılıq problemlərinin həllinə, tədqiqatların keyfiyyətinin artırılmasına dəstək olmaqdır.

D.Əlizadə İnformasiya Texnologiyaları İnstitutunun rəqəmsal repozitariyasının qurulmasına dair fəaliyyət planını təqdim edib, institut əməkdaşlarının qarşısında duran vəzifələri diqqətə çatdırıb.

Tədbirdə vahid rəqəmsal repozitariyaların qurulması zamanı yarana biləcək problemlər, onların həlli yolları, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də müvafiq sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri